Polisə etiraz edərək özünü yandırdı – Gəncədə dəhşət

25-03-2016, 10:06   
Polisə etiraz edərək özünü yandırdı – Gəncədə dəhşət
Göygöl rayon sakini Gəncədə özünü yandırıb. ANAXEER.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yaxınlığında qeydə alınıb.
Göygöl rayon Quşqara kənd sakini, 1970-ci il təvəllüdlü Nəzər Məmmədəliyev üzərinə benzin tökərək özünü yandırıb. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. 2-3-cü dərəcəli termiki yanıq diaqnozu qoyulan N. Məmmədəliyevin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, N. Məmmədəliyevin avtomobilini yol polisi əməkdaşları cərimə meydançasına aparıblar. O avtomobilinin yanına buraxılmadığına görə etiraz əlaməti olaraq özünü yandırıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.