Maştağada ər arvadı bir yumruqla necə öldürüb? - Təfərrüat

25-03-2016, 18:52   
Maştağada ər arvadı bir yumruqla necə öldürüb? - Təfərrüat
Bakıda ər arvadını qətlə yetirməkdə şübhəli bilinir.

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Savalan yaşayış massivində Samirə Mikayılova müəmmalı şəkildə dünyasını dəyişib.

İlkin məlumata görə, Samirə Mikayılova xəstə olub və müxtəlif dərmanlar qəbul edirmiş. Onun həyat yoldaşı Yasin Mikayılovla mübahisəsi olub. Mübahisə zəminində ər arvadını bir dəfə yumruqla vurub. Qadın zərbədən sonra dünyasını dəyişib.

Sabunçu Rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar. Əməliyyatçılar bir neçə versiya üzərundə işləyirlər. Onların fikrincə, Yasin Mikayılovun yumruq zərbəsi Samirə Mikayılovanın ölümünə səbəb ola bilməzdi. Qadının qəbul etdiyi dərmanlardan öldüyü də üzərində dayanılan ehtimallardandır.

Yasin Mikayılov istintaqa cəlb edilsə də, saxlanılmayıb. O, hazırda həyat yoldaşının dəfnindıdir. Lakin meyit məhkəmə-tibb ekspertləri tərəfindən müayinə edildikdən və ölümün dəqiq səbəbi məlum olduqdan sonra arvadına yumruq vuran ər barəsində yekun qərar veriləcək.

Qeyd edək ki, Yasin və Samirə Mikayılovların 2 və 5 yaşlarında iki övladı var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.