Azərbaycanda DƏHŞƏTLİ OLAY: Cinsi istismar olunan 4 uşaqda sifilis aşkarlanıb

26-03-2016, 00:13   

Azərbaycanda DƏHŞƏTLİ OLAY: Cinsi istismar olunan 4 uşaqda sifilis aşkarlanıb

Azərbaycanda xoşagəlməz hadisə baş verib. Belə ki, 1-i qız, 3-ü oğlan uşağı olmaqla dörd azyaşlıda cinsi yolla keçən sifilis xəstəliyi aşkarlanıb. Bu barədə ANS TV-yə “Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Mənsibli bildirib. Onun sözlərinə görə, Bakının küçələrindən tapılan həmin uşaqların 8, 9, 10, 11 yaşı var. “Ümid yeri” sığınacağında yerləşdirilən bu uşaqlar müalicəyə cəlb ediliblər.

N.Mənsimli deyib ki, uzun müddət küçə həyayı yaşayan həmin azyaşlılar müxtəlif yerlərdəki yiyəsiz və xaraba tikilililərdə gecələyirmişlər. Sığınacaq rəhbəri küçə həyatı yaşayan bu uşaqların döyüldüyünü, fiziki, mənəvi, cinsi zorakılığa məruz qaldığını vurğulayıb. Araşdırmalar zamanı məlum olub ki, həmin uşaqları onlardan yaşca böyük olan avara yeniyetmə gündüzlər dilənməyə, gecələr isə kimlərləsə cinsi istismara məruz qoyurmuş. Onların dilənməklə gətirdiyi pullar isə mənimsənilirmiş...

Hazırda “Ümid yeri” təşkilatının sığınacağında küçələrdən tapılan yaşı 18-dək olan 50 uşaq və yeniyetmə yaşayır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.