Bakıda intihar hadisəsi baş verib.
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 11.00 radələrində rayonun Şərifzadə küçəsində qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan 30-35 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, ötən gün də Yasamalda daha bir qadın özünü binadan atıb.