Bakıda 20 yaşlı qadın özünü körpüdən atdı

14-04-2016, 14:16   

Bakıda, Yasamal rayonu “Tbilisi” prospektində 20 yaşlı Afiyə Sadıqova intihara cəhd edib. Afiyə Səfərova prospektdəki körpünün üzərinə çıxıb və özünü yerə atıb.

Xanım çoxsaylı sınıq xəsarətləri alsa da sağ qalıb. Onu elə həmin yoldan keçən 1 saylı şəhər klinik xəstəxanasının həkimi öz avtomobili ilə işlədiyi xəstəxanaya çatdırıb. Həkimlər 20 yaşlı Afiyənin həyatını xilas edə biliblər.

Tibb müəssisəsndə xəsarət alan xanımın atası Afiyənin intihara cəhd etməsinin yoldaşı ilə aralarında olan mübahisədən qaynaqlandığını bildirdi. Zərərçəkmişin yoldaşı da xəbəri eşidər eşitməz özünü xəstəxanya çatdırıb.


Ərazidə olan Hüquq-mühafizə orqanlarından Anspress-ə verilən məlumata görə, 2 yaşlı övladı olan Afiyə Sadıqova təxminən iki ay əvvəl həyat yoldaşından küsərək, ata evinə qayıdıb. Afiyyə Sadıqovanın dəqiq nə səbəbdən intihar etmək istədiyi isə araşdırlır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.