Bakıda bir neçə cinayətdə ittiham olunaraq axtarışa verilən vəzifəli şəxs təslim olub.
BiG.AZ qafqazinfo-ya istinadən bildirir ki, axtarışda olan 1982-ci il təvəllüdlü Asəf Abdullayev könüllü olaraq Korrupsiyaya Qarşı Mübarizə üzrə Baş İdarəyə gedərək təslim olub.
A.Abdullayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 218-ci (cinayətkar dəstə yaratma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham olunur.