Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində intihar hadisəsi baş verib.
27 yaşlı Uğur Məmmədov intihar edib.
O, Mərdəkan qəsəbəsi, dəniz sahili “Marina Beach” çimərliyində özünü dəmir borudan asıb.
U.Məmmədovun cibindən məktub tapılıb. Məktubda “Ölümümün dükan sahibi ilə əlaqəsi yoxdu, intiharı özüm qəsdən etdim” sözləri yazılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Bakı sakini özünü asıb. Hadisə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 28 yaşlı Elvin Hacıyev yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. (Report)