Paytaxtda qətl törədilib.
Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Yuri Raskov oğlunun qeyri-rəsmi nikahda olduğu 1982-ci il təvəllüdlü İnna Berezuyevanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.
Hadisəni törədən Y.Raskov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.