Rusiyada iş adamı Cambulat Şamiloğlu Moskvada "qanuni oğru”lar arasındakı münaqişəsinin qurbanı olub.
Bu barədə "Rosbalt”a Rusiya hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Qeyd olunub ki, C.Şamiloğlu "qanuni oğru” Rövşən Lənkəranski ilə mübarizə aparan kriminal avtoritet Vaqif Süleymanovun yaxın adamı olub. İki "oğru” arasında topdan göyərti satış bazarı uğrunda mübarizə gedirmiş.
C.Şamiloğlu Rövşən Lənkəranski ilə Vaqif Süleymanov arasında gedən münaqişənin qurbanı olub.
Qeyd edək ki, paytaxtda satılan göyərtilərdən əldə odulan gəlirlər Cambulatovun əlindən keçirdi. Faktiki olaraq o, "göyərti kralı” idi və demək olar ki, topdan satışdan pərakəndə satışa qədər bütün axına nəzarət edirdi.
C.Şamiloğlunun Lənkəranskinin adamları tərəfindən öldürüldüyü, onun bununla Vaqif Süleymanovdan qisas aldığı bildirilir.
[media=https://www.youtube.com/watch?time_continue=1&v=LVNWik-CWkQ]