Bu gün paytaxtda qanlı hadisə baş verib.
Suraxanı Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsində fərdi yaşayış evində yaşayan 45 yaşlı Eldəniz Yusifov bıçaqla həyat yoldaşı, 37 yaşlı Ceyhuna Yusifovaya xəsarətlər yetirib. Xanımının öldüyünü düşünən şəxs daha sonra bıçaqla özünə də ağır xəsarətlər yetirib. Hər iki şəxs ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.