14 yaşlı qıza qarşı əxlaqsız hərəkət – 53 yaşlı kişi saxlanıldı

4-05-2016, 15:13   


Bakının Nizami rayonunda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilib. Hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb. Məlumata görə, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Səidə Məmmədova (ad və soyad şərti verilib) təcavüzə məruz qalıb. Naməlum şəxs 14 yaşlı qızla qeyri-təbii yolla cinsi əlaqədə olub. Səidə Məmmədova təcavüzə məruz qalması ilə bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə ərizə ilə müraciət edib. O, bildirib ki, mayın 2-də, günorta saat 13 radələrində özünü Məmməd kimi təqdim edən kişi hədə-qorxu gəlib və onunla cinsi əlaqədə olub. Polisin keçirdiyi əməliyyat nəticəsində cinayətin Zaqatala rayon sakini, 1963-cü il təvəllüdlü Qurban Məhəmməd oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib. O, polis əməkdaşları tərəfindən həbs edilib. Faktla bağlı təhqiqat aparılır. (Teleqraf.com)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.