Həkimin qətlində istintaq kimdən şübhələnir?
2015-ci ilin iyulunda qətlə yetirilən Natavan Əliyevanın keçmiş həyat yoldaşı Samir Əliyev redaksiyamıza növbəti dəfə müraciət edib. Qeyd edək ki, keçmiş polis işçisi olan Samir Əliyev Natavan Əliyevanın qətlində təqsirləndirilərək həbs olunub. O, əvvəlki müraciətlərində işgəncələrə məruz qaldığını, qətlin onun üzərinə qoyulduğunu iddia edir. Samir Əliyevin növbəti müraciətində oxşar iddialarla yanaşı müstəntiq Aslan Ibrahimovla dialoqunun stenoqramı var. Bəribaşdan bildiririk ki, bu müraciəti dərc etməklə istintaqa təsir göstərmək, Samir Əliyevin təqsiriszliyi barədə rəy yaratmaq niyyətimiz yoxdur. Biz də hüquq-mühafizə orqanları kimi istənilən cinayətin cəzasız qalmamasında maraqlıyıq. Beləliklə, Samir Əliyev yazır:
Əvvəli ötən sayımızda
A.I. – “Neet”, “çestno”, “na smotri”.
S.Ə. – “Bez problem”. Yazmaq istəsən, onsuz da yazacaqsan. Bu otaqda da “prosluşka” ola bilər.
A.I. – “Çestno”, “vse çisto”. Mən bura söhbət eləməyə gəlmişəm. No ne znayu, zdes çto-to est ili net.
S.Ə. – Vse mojet bıt. Bəlkə də elə bu otaqda da zapis gedir.
A.I. – Daaa. Ya tebe çestno skaju, bu söhbətlərdən sonra həvəsdən düşdüm. Dedim ki, bu işi verin başqasına, iyrəndim. Iş var ki, həvəslə işləyirsən, amma bu yox. Çestno, ya ne xoçu prodoljat, dedilər ki, sən başlamısan, bitir. Vallah ayıbdır. Bu söhbətlər ortaya çıxsa bilirsən nə olar?
S.Ə. – O gün sizin inspeksiyadan gəlmişdilər. Rövşən Əhmədov məndən izahat aldı.
A.I. – Boş şeydir. Ona görə mənə heç nə etməyəcəklər. Bağlandı o söhbət də. Yazmısan ki, sənin şeylərin hardadır? Hamısı mənim seyfimdədir. Disklər, kartlar, daje açarlar da məndədir. Xızıda nə vermisənsə məndədir.
S.Ə. – Bəs pul? 1550 manat? Turalda qaldı?
A.I. – Ne znayu. Turala nə vermişdinsə, mənə verib. Pul yox idi orda.
S.Ə. – Pulu şöbədə üstümə baxış keçirəndə götürdülər. Tural toje tam bıl.
A.I. Mənə pul verilməyib.
S.Ə. – Məni ayın 8-də morqun qabağından gətirdilər Xızıya, şöbəyə. Siz ayın 9-da gəlmisiz axı Xızıya. Məni ayın 8-də gecə Tural dindirdi.
A.I. – Daaa, toçno. Mən ayın 9-da gəldim, uje sənə 6 sutka almışdılar. Daje mən əsəbləşdim ki, niyə 15 sutka almamısız? Potom mənə çatdı ki, bunlar cındırlıq edib ki, mən 15 gün orada qalaram birdən. Prokuroru deyirəm.
S.Ə. – Nə prokuror, Xızının prokuroru? Elə rəis də. Videl tı?
A.I. – Da, çoban. Potomu mən gecə dedim ki, Bakıya qayıdıram.
S.Ə. – Ponyatno.
A.I. – Davay eee. Bu məsələni qurtaraq, ayıbdır vallah. Bu söhbət açılsa prosto biabırçılıqdır. Atan, anan, uşaqlar. Ayıbdır.
S.Ə. – Vallah bu iş mənlik deyil. Mən etsəm, mən öldürsəm vo-pervıx meyidi tapa bilməzdiz. Vo-vtorıx, onu öldürmək mənim nəyimə lazımdır axı? Motiv olmalıdır. Özündən qısqanclıq motivi zırlamısan ora yalandan. Mənə onun ölümü nə verir? Neçə aydır araşdırırsan daaa, anten dairəsi, raspeçatka hamısı səndə var. Biz bir-birimizlə ancaq uşaqlarla bağlı danışmışıq. Onun şəxsi həyatı mənə absolutno maraqlı olmayıb. Heç özümə sığışdırmamışam.
A.I. – Niyə? Uşaqlarının anasıdır, dayın qızıdır axı…
S.Ə. – Nə olsun ki. Ayrılmışıq. Öz xoşbəxt həyatımı yaşayırdım. O da məni başa düşmüşdü. Qohumlar heç nəyi başa düşmək istəmirdilər. Ölüm işində pervıy vopros budur da. Onun ölümü kimə və nəyə görə lazım idi? Mənə? Niyə? Bu sualıma cavab ver, mən nəyə desən qol çəkəcəm.
A.I. – Sən o qızla insan kimi davranmırdın axı. Mesajlar var daa, nə söyüşlər yazırsan ona?
S.Ə. – Bizim onunla münasibətlərimiz həmişə elə olub. Daje nişanlanandan mən elə danışmışam. 15 il söymüşəm onu. Nu i çto?
A.I. – Amma Zəminə ilə başqa cür danışırsan.
S.Ə. – Çünki onu sevirəm, uvajenie var aramızda.
A.I. – A kak Ramil? O arvadı ilə söyüşlə danışır?
S.Ə. – Mən nə bilim. Gör neçə ildir Ramillə danışmıram, elə Jalə ilə də. Son vaxtlar salam verirdim. No, vse ravno onlar sevib ailə qurublar.
A.I. – On toje tak je kak i tı. Mesajlardan görünür. Niyə hamınız beləsiniz? Qrubıe. Atan da elədir, navernoe, da?
S.Ə. – Atam əsəbləşəndə söyür hərdən. Amma ən söyüşkən mənəm nəsildə. I eşe, bez kompleksov. Eto moy xarakter.
A.I. – Vot smotri. Qız Kəmaləgildən çıxıb bloka girib ki, evə qalxsın. Kəmalənin yadına düşüb ki, pul verməliydi, zəng edib, uje qız telefonu götürmür. Telefon sönənə kimi anten o binanı göstərir. I eşe interesno, çto anangil polisə telefon sönəndən sonra ərizə verirlər. Niyə?
S.Ə. – Saat neçədə çıxıb Kəmaləgildən? 23:30 təxminən. Düzdür? Mən o vaxt “vosmoy”da evdə uşaqlarla birgə idim. Mama biabırçılıqdan narahat idi. Telefon sönməsəydi, bəlkə də polisə getmək ağlına gəlməzdi.
A.I. – Nə biabırçılıq eee? Görür ki, qız gecədən yoxdur. Niyə telefon sönür, sonra…?
S.Ə. – Nə bilim. Soruşun özlərindən dəə.
A.I. – Uşaqları niyə evə qaytarırdın? Nə vacib idi? Səhər aparardın daa.
S.Ə. – Səhər anası aparmalıydı məşqə. Idman formaları da evdə idi. Bu həmişə belə olub. Hər bir halda forma üçün evə getməliydilər. Bilsəydim heç aparmazdım. Səhər də anası, ili Məhəmməd telefona cavab versəydilər, mən futbola aparmağa qayıtmazdım.
A.I. – Nə vacib idi ki, yatan uşaqları oyadırdın?
S.Ə. – Uşaqlar yatmamışdı. Təkcə Ataş yatmışdı. Məhəmmədlə Heydər şahmat oynayırdı.
A.I. – Zəminə də deyir ki, yatmışdı. Daje ona skazala, çto qoy qalsınlar.
S.Ə. – Zəminədən kimə necə sərf edibsə, o cür də ifadə alıb da. Da, ona skazala, çto qalsınlar. Mən də dedim ki, səhər anası məşqə aparacaq. Vsyo.
A.I. – Bəs niyə Xızıda o cür aqressiv idin?
S.Ə. – Sən olsan, olmazdın? Əsas əsəbləşdiyim o idi ki, mənim disklərimə, mənə aid şəkillərə niyə kimsə baxmalıdır ki? Həm də düzgün eləmədilər orda mənə qarşı.
A.I. – Sən niyə o cür şəkillər saxlayırsan? Keçər birinin əlinə. Nəyinə lazımdır?
S.Ə. – Mən şəkil xəstəsiyəm. Hara gedirəm şəkil çəkirəm. Həm də “whatsapp”da göndərilən şəkillər düşür telefonun yaddaşına. Həvəs olmur sortirovka etməyə. Hamısını atıram hard-diskin yaddaşına. Mənim bu işdə problemim olsaydı, özü də ki, Xətaidə də məndən şübhələnirdilərsə, mən maşınımda şəkil saxlamazdım axı.
A.I. – Znaçit, sən o şəkillərə görə elə edirdin? Ili videolara görə?
S.Ə. – Ne tolko. Xahiş etdim ki, imkan verin, Məhəmmədlə danışım. Anası ölən uşaqdır, gözü məni axtarır. Elmar dedi ki, “na tebe telefon”. Mən də nəyi var söydüm.
A.I. – Ayıb deyil, yazırsan ki, səni döyüblər. Səni döymək olar? Əksinə sən az qala Elmarı döyəcəkdin. Mənim yanımda səni döyməyiblər axı. Polisdə işləyəndə camaatı döyən sən deyildin?
S.Ə. – Mən işin xətrinə eləmişəm, idarənin, bölmənin göstəricisinə görə eləmişəm.
A.I. – Səni mənim yanımda döyməyiblər. Düzünü deyək də.
S.Ə. – Yaxşı daaa. KPZ-yə məni dindirməyə düşürdün eee. Tam ne videl, çto, divarlara qanla “vəkil verin” yazmışdım? Protivoqaz, dubinka. Bəs mən niyə dəli olmuşdum? Sən də məni MTN-lə qorxuzursan orada.
A.I. – Mənim xəbərim olmayıb, çestno.
S.Ə. – Qanımla divarı elə-belə yazmırdım eee, Rəhmanı gətirdin eee, mənimlə görüşməyə, yadındadır? Onda da görmədin nə gündəyəm?
A.I. – Nə Rəhman?
S.Ə. – MVD-də işləyən – moy bıvşiy naçalnik, on xoroşiy paren.
A.I. – Aaaa. Sonra nəyə görəsə o da uzaqlaşdı. Çıxdı aradan. O da deyirdi ki, sənlikdir bu iş.
S.Ə. – Allah köməyi olsun. Çox sağ olsun. Dost-tanış bu gündə bilinir.
A.I. – Sənə düzünü deyim ki, sənin dostların hamısı o məsələ.
S.Ə. – Atam düz deyirdi. Dost gecə səninlə evdə kim yatırsa odur. Nə isə. Yaxşı, MTN-lə hədə-qorxu gələndən sonra, ayın 15-də mənə şəkil göstərib nə etmək istəyirdin? Şantajla məni yükləmək istəyirdiz dəə. Elə bilirdiz ki, utanacam, nə olur-olsun yükü götürəcəm? Məni şantaj eləmək lazım deyil. Mən özüm 10 il şantajla məşğul olmuşam.
A.I. – Onlar keçdi. Ne bespokoysya, nə varsa məndədir, seyfdə… Atan vəkil tutub ki, sən nə deyirsən bilsin. Xəbərin var ki, atan qaçmaq istəyirdi? Qorxusundan vəkil tutub. Tutulmaqdan qorxur. Səni neçə ildir danışdırmır, amma indi vəkil tutur, peredaça gətirir. Niyə?
S.Ə. – Otkuda mne znat? Özündən soruşun daa. Mən onsuz da 35 yaşımın poçti 17 ilini onunla küsülü olmuşam. V osnovnom günah məndə olub. Nə isə, yola getmirik dəə.
A.I. – Hər bir halda, o vaxt kömək etmirdi. Oğlusan axı. Indi niyə gəlir-gedir?
S.Ə. – Acığa düşüb evi satmışdım, ona görə yəqin. Heç o da qismət olmadı.
A.I. Mən onu Xızıda həbs edəcəkdim. Heyif, qoymadılar. Atan qızın hərəkətlərinə görə əməlli əsəbləşirmiş. Maşın almağa da razı deyilmiş. Gecə də gözləyib ki, Natəvan nə vaxt gələcək. Qız bloka girən kimi çağırıblar evə. Hardan gəlirsən bu vaxt? Vsyo.
S.Ə. – Atam eliyib deyirsən? Ondan şübhələnirsən?
A.I. – Daaa.
S.Ə. – Bəs məni niyə tutmusan?
A.I. – Sən hər şeyi bilirsən. Bu sizin içinizdədir. Ili oteç, ili tı, ili vmeste.
S.Ə. – Çestno qovoryu, mən bilsəm deyərəm. Şübhəyə qalsa, özümdən başqa hamıdan şübhələnirəm. Potomu çto mən öldürməmişəm. Toçno bilsəm deyərəm. Daje atam, anam mənə yalvarsaydılar ki, tutaq ki, qızı öldürmüşük, kömək elə, mən bu işi gizlətməzdim. Potomu çto mənim boşanmağımı, Zəminə ilə evlənməyimi qəbul etməmişdilər. Hamısı ilə küsülü idim. Təkcə anamla salam-sağ ol. Vsyo. Mən nəsə bilsəm deyərəm. Hərə öz həyatını yaşayır. Əziyyət çəkən mənəm, mənim uşaqlarım yetim qalıb.
A.I. – Ramil atana kömək edə bilər? Voobşe atanın doverennıy adamı kimdir? Ruhin?
S.Ə. – Vo-pervıx, yaxın qohumların əleyhinə ifadə verməyə borclu deyiləm. Nəsə bilsəm vallah deyərəm. Ramil həmin vaxt harada olub, siz bilərsiz dəə. Cinayət işi, anten dairəsi sizin qabağınızdadır.
A.I. – Bəs Ruhin?
S.Ə. – Ruhin mənim dostumdur. Ranşe rabotal şoferom, “Cənnət”də.
A.I. – Ruhinin maşını var?
S.Ə. – “Mercedes”i var, əvvəlini bilmirəm, 056 olmalıdır. Po-moemu 10 TP 056. No eto ne toçno. Bir də firmada işləyəndə “Ford-Tranzit” sürürdü.
A.I. – Bəs sən bölməyə mebel apardığın “Qazel” kimindir?
S.Ə. – Mən onu 2010-2011-də görmüşəm. Amma qaynanam öləndə mayın 10-da zəng elədim ondan rayona meyit aparmağa maşın istədim. Adı yadımdan çıxıb eee. Elbrus, po-moemu. Gürcüstanlıdır. Nomer toçno ne znayu, posledniy raz ya zvonil emu 10 maya.
A.I. – Ramilin maşını nədir? Nömrəsi neçədir?
S.Ə. – Mokrıy- asfalt. “Prado”, 90-221. Hərflərini bilmirəm.
A.I. – Sən bilirdin ki, Ramilin arvadının maşını var?
S.Ə. – Məncə yoxdur. Amma ola bilsin, olsun. Mən neçə ildir onlardan uzağam.
A.I. – Natəvan deməmişdi sənə? Jaləni maşın sürən görüblər axı.
S.Ə. – Mən Natəvanla oturub Jaləni obsujdat etməliydim ki? Bəlkə Jalə bacısının maşınını sürüb.
A.I. – Atan qızı Kəmaləgilə gedəndə görüb. Bəs niyə sən uşaqları anana verəndə demir ki, qız evdə yoxdur? Bayaq Kəmaləgildə idi axı. Niyə? Axı atan onu görür.
S.Ə. – Mən nə bilim eee. Özündən soruş da. Özü nə deyir?