"İŞİD üzvü" Bakıda 8 yaşlı uşağı girov götürdü FOTO

11-05-2016, 16:58   
"İŞİD üzvü" Bakıda 8 yaşlı uşağı girov götürdü FOTO
Azvision.az-ın əməkdaşı girov götürülən uşağın yaşadığı evə baş çəkib.

Hüseynin anası Ramilə Ramazanlı bildirib ki, oğlu mayın 9-da həyətdə oynayan zaman oğurlanıb: “Hüseyn həyətdə oynayırdı. Üstündən bir müddət vaxt keçəndən sonra gördüm ki, Hüseyn həyətdə yoxdur. Axşam saat 22 radələrində bir nəfər zəng edib dedi ki, uşağınızı girov götürmüşəm. Uşağı azad eləmək üçün 30 min manat verməlisiniz.

Tələb edirdi ki, əvvəlcə10 min, sonra isə 20 min manat verilməlidir. Bundan sonra həyat yoldaşım polisə müraciət etdi. Polis bizə Hüseyni şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlanmış şəkildə tapdı”.

R.Ramazanlının sözlərinə görə, Hüseynin xilas olunmasından xəbərsiz olan Elnur Məmmədov adlı şəxs yenidən onlara zəng edərək, pul tələb edib.

Onun sözlərinə görə, Hüseyni qaçıran Elnurun bu ilin mayın 28-də toyu olacaqmış: “Elnur uşağımıza işgəncə verib. Təsəvvür edin ki, Elnur Hüseynin əlini, ayağını bağlayıb, ona işgəncə verib. Bu qəddarlıqdır”.

Hazırda Hüseyn və atası polis bölməsində dindirilir.

Hüseyn Ramazanlını girov götürən Elnur Məmmədov onlarla qonşuluqda yaşayırmış.

◀▶
* * *12:27

Bakıda özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs 8 yaşlı uşağı girov götürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, mayın 10-da Sabunçu rayonundakı yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 8 yaşlı oğlu Hüseyn mayın 9-da evdən çıxıb və geri qayıtmayıb.

Aparılmış araşdırmalarla özünü İŞİD üzvü kimi təqdim etmiş şəxsin E. Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürdüyü, azad edilməsi müqabilində 30 000 manat pul istədiyi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını dediyi müəyyənləşib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub, şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.