Polis bölməsində daha bir ölüm hadisəsi

13-05-2016, 12:34   
Polis bölməsində daha bir ölüm hadisəsi


Yaxınları: “Bölmədən çıxarılanda Zaurun ağzı-burnu qan içində olub”.

Mağazasında bir müddət əvvəl oğurluq edilən şəxs polis bölməsinə dəvət edilib, az sonra oradan meyidi çixib. Mərhumun ailəsi iddia edir ki, ona bölmədə zor tətbiq edilib.

ANS TV-in məlumatına görə, paytaxtda polis orqanında ölüm faktı qeydə alinib. Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan 29 yaşlı Sultanov Zaur Səxavət oğlu 1-ci polis bölməsinə dəvət olunub. Şəxsi maşını ilə polis orqanına gələn Zaurun bir neçə dəqiqə sonra öldüyü barədə yaxınlarına məlumat verilib. Mərhumun ailə üzvlərinin sözlərinə görə, Zaur Sultanovun ürəyində qüsur olub.

Onun bölməyə çağırılmasına səbəb isə, bir müddət öncə mərhumun mağazasından oğurluq edilməsi olub. Ehtimal edilir ki, bu məqsədlə də o, 1-ci bölməyə dəvət olunub. Ailənin iddiasina görə, Zaur bölmə əməkdaşlarının zor tətbiq etməsi nəticəsində dünyasını dəyişib. Bölmədən çıxarılanda Zaurun ağzı-burnunun qan içində olduğunu görüblər.

Məsələ ilə bağlı 1-ci polis bölməsindən məlumat əldə etmək cəhdi boşa çıxıb. Həm daxili İşlər Nazirliyinin, həm Bakı Baş Polis idarəsinin mətbaut xidmətindən baş vermiş hadisə ilə bağlı məlumat almaq cəhdi də uğursuz olub. Ölüm faktı isə rayon prokurorluğunda araşdırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.