Bakıda ŞOK OLAY: 32 yaşlı müəllimə 18 yaşlı şagirdinə qoşulub qaçdı - VİDEO
32 yaşlı ingilis dili müəlliməsi dərs dediyi məktəbin şagirdi 18 yaşlı Cəlilə qoşulub qaçıb …İki ildi sevgili imişlər…
Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə maraqlı hadisə baş verib.
Belə ki, Məktəbin ingilis dili müəlliməsi 32 yaşlı Əminə müəllimə həmin məktəbin şagirdi 18 yaşlı Cəlil bəyə qoşulub qaçıb. Əldə etdiyimiz məlumata görə ilk öncə tərəflərin ailə üzvləri bu birliyə razı olmayıb. Şagirdə qoşulub qaçan müəllimənin hərəkəti dərs dediyi məktəbin əməşdakları tərəfindəndə xoş qarşılanmayıb. Şagirdələrdən birinin verdiyi məlumata görə bütün məktəb bu hadisəni danışır. Digər mənbələrdən aldığımız məlumata görə gəlin müəllimə imkanlı ailənin övladıdır . Əminə müəllimənin anası qətiyən bu nigaha yox deyir. Nə qardaşı var nə bacısı. Evin tək qızıdır. Qızının qoşulub qaçdığını bilən atanın da səhhəti pisləşib. Şagird-müəllimə sevgisi 2 il imiş davam edirmiş.
Digər mənbələrdən Kanal Baku-ya daxil olan məlumatda qeyd edilir ki, məktəbin drektoru bu işə ilk əvvəldən YOX deyib. Bu səbəbdən biz bir başa Drektor Mamed müəllimlə əlaqə saxladıq. Məktəbin direktoru Kanal Bakıya eksklüziv açıqlama verdi. Direktor bu məsləni qətiyyən pislədiyini və bu işə qarşı çıxdığını bildirdi. Mamed müəllimin telefon danışığını sizə təqdim edirik..
[media=https://www.youtube.com/watch?v=pxhAg2s6uf8]
Mamed müəllim qeyd etdi ki, oğlanla təklikdə görüşməyib. Çünki məktəb vaxtı bu haq-hesabdan heç kimin xəbəri olmayıb. Bəy məktəbi bitirib gedəndən sonra bu sevgi hekayəsi ortaya çıxıb .
Qeyd edək ki, Toy Biləcərinin Ağ sarayında baş tutacaq.
Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə salxadıq. Müəllimənin bu hərəkətinə münasibət bildirən TN-nin mətbuat katibi Cəsarət müəllimin açıqlamasında qeyd edib ki biz onların sevgi işinə qarşısa bilmərik.