Kərəm Həsənov həbs olunacaqmı?

25-05-2016, 08:48   


MTN əməkdaşları 2014-cü il sentyabrın 11-də M.Mustafayevin Saray qəsəbəsindəki bağ evinə gələrək əllərinə qandal taxıblar, tapançanı onun barmaqlarına toxundurublar. Daha sonra onun yaşadığı Nəsimi rayonu, 20 Yanvar küçəsi ev 19 B, mənzil 46 ünvanında10 nəfərə yaxın MTN əməkdaşı axtarış aparıb. Mənzildən bir ədəd tapança, tapança darağı və patronlar aşkar edilərək götürülüb: “Bu silahların Mətləb Mustafayevə heç bir aidiyyatı olmayıb. Silahları onun evinə atıblar, tapançada olan barmaq izləri isə toxundurma nəticəsində qalıb. Nə istintaq, nə də məhkəmə zamanı Mətləb Mustafayev ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib”.

Həbs olunan gün MTN-ə gətirilən M.Mustafayevdən guya İran İslam Respublikasının vətəndaşları Rza və Hüseynlə əlaqəyə girib, onlardan silah alması, gəzdirməsi və saxlaması barədə ifadə verməsi tələb olunub. M.Mustafayev deyilənləri inkar edib. İstintaq dövründə təzyiqlərə, təhdidlərə məruz qalıb. MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev, onun müavini İlqar Əliyev (təcridxanada intihar edib) dəfələrlə ondan vəzifədə olan müəyyən şəxslər barədə yalan, böhtan, iftira xarakterili ifadələr almağa cəhd ediblər, hədə-qorxu gəliblər. Əgər bu cür ifadələr verməzsə özünə və qardaşına problemlər yaradacağı ilə hədələyiblər.

M.Mustafayevin 31 il MTN-də xidmət etmiş qardaşı Malik Mustafayev sabiq MTN naziri Eldar Mahmudovun ona qarşı aparılan bu kampaniyaya son qoymağı xahiş edib. Cavab isə “sənin qardaşın Mövlan Şıxəliyevin, Elçin Quliyevin tələb etdiyi ifadələri verməsə, sənin özünü də, qohum-əqrəbanı da həbs etdirəcəyəm” olub.

Növbəti dəfə MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyevin qəbuluna gedən 55 yaşlı polkovnik iki gün sonra (2014-cü ilin noyabrında) yaşadığı evin həyətində özünü asır…

Vəkilin sözlərinə görə, Elçin Quliyev ondan general Əli Nağıyev və qardaşı Vəli Nağıyev haqqında böhtan xarakterli ifadələr verməsini tələb edib. Məcbur etmək istəyiblər ki, bu iftiralara imza atsın. Amma M.Mustafayev onların dediklərinə əməl etməyib.

M. Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci ( Qanunsuz olaraq odlu silah, onun kompleks hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham olunaraq Nəsimi rayon Məhkəməsinin 24 aprel 2015-ci il tarixli qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Cəzasının 1 il 1 ayının çəkdikdən sonra ötən ilin oktyabr ayında məntəqə tipli cəzaçəkmə müəssisə köçürülüb. Vəkil müdafiə etdiyi şəxsin günahsız olduğunu, onun barəsindəki cinayət işinə xitam verilməsini xahiş edir.

MTN-nin UĞURSUZ SİFARİŞLİ ƏMƏLİYYATININ SİRRİ ÇÖZÜLDÜ - Polkovnikin qardaşından kimə qarşı ifadə almaq istəyiblər? (Şok)

Mətləb Mustafayev valideynləri ilə…

Qeyd edək ki, Mətləb Mustafayev “AzPolitika.info” saytında Əmlak Məsələləri Dövlət Komitəsi və onun sədri Kərəm Mustafayev barəsində 2014-cü ilin iyun-avqust aylarında dərc etdirdiyi silsilə ifşaedici məqalələrə görə MTN tərəfindən həbs olunmuşdu. Eldar Mahmudovun işdən çıxarılmasından 2 gün sonra azadlığa çıxan M.Mustafayev, həbsinin Kərəm Həsənov tərəfindən MTN-ə sifariş olunduğunu açıqlamışdı.

Azərbaycanda aparılmış mahiyyətcə talançı özəlləşdirmə prosesi barədə dərindən məlumatlı olan M.Mustafayev, “AzPolitika”ya təqdim etdiyi materiallarda bu prosesi tam şəkildə ifşa edirdi. Özəlləşmədəki korrupsiya sxemini açan Mustafayev, həmçinin K.Həsənovu da şəxsən ifşa edirdi. O, Komitə sədrinin şəxsi əmlaklarının natamam siyahısını da “AzPolitika”ya təqdim etmiş, eyni zamanda onun siyasi ambisiyalarından – Baş nazir olmaq arzusu və bu istiqamətdə çalışmalarından bəhs etmişdi.

Elə həmin ərəfələrdə M.Mustafayevin qanunsuz işdən çıxarılmasına görə K.Həsənovla məhkəmə çəkişməsi də davam edirdi. Məhkəmə çəkişməsinin getdiyi bir vaxtda M.Mustafayevin “AzPolitika”da dərc etdirdiyi məqalələr ƏMDK sədrini möhkəm narahat etmişdi. O, bu məqalələrin arxasında sifariş olduğunu düşünərək, işə MTN-i cəlb etməklə, M.Mustafayevin həbsinə nail olmuşdu. İddiaya görə, bu sifarişin arxasında milyonlarla ölçülən pul da olub. MTN Mətləb Mustafayevi həbs etməklə yanaşı, ondan etirafedici ifadə də almalı, K.Həsənovla kəskin münasibətlərdə olan konkret şəxsləri bu işin sifarişçisi kimi qələmə verməklə, Prezidentin hədəfinə çıxarmalı idi. Lakin iki səbəbdən bu əməliyyat məntiqi sonluğuna çatmamışdı.

Birincisi, yazılar sifarişlə yazılmamışdı.

İkincisi, Mətləb Mustafayev iradə göstərərək, sınmamış, dəhşətli fiziki və psixoloji işgəncələrdən keçməsinə baxmayaraq, Eldar Mahmudov-Kərəm Həsənov cütlüyünə lazım olan ifadələri verməmişdi.

MTN-nin UĞURSUZ SİFARİŞLİ ƏMƏLİYYATININ SİRRİ ÇÖZÜLDÜ - Polkovnikin qardaşından kimə qarşı ifadə almaq istəyiblər? (Şok)
Azadlığa çıxdıqdan sonra üzləşdiyi dəhşətlərdən danışan M.Mustafayev deyirdi ki, hətta onu filmlərdə gördüyümüz “yalan dedektoru”na belə qoşublar. Başına xüsusi aparata qoyub, barmaqlarından elektrik cərəyanı verməklə, eyni sualları dəfələrlə təkrar ediblər. Lakin aylarla davam edən işgəncə və sorgu-sualdan sonra MTN cəlladları onu sındıra bilməyəcəklərini anlayaraq əl çəkiblər. M.Mustafayevə 2.6 il iş kəsilib.

ƏMDK-nin keçmiş işçisi E.Mahmudovun işdən azad olunmasından sonra həbsdən canını qurtarıb və hazırda qanuni vasitələrlə mübarizəsini davam etdirir.

Rasim ƏLİYEV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.