İtkin gəlinin meyiti bir ay sonra meşədən tapıldı - ƏR CİNAYƏTİ ETİRAF ETDİ

26-05-2016, 16:56   
İtkin gəlinin meyiti bir ay sonra meşədən tapıldı - ƏR CİNAYƏTİ ETİRAF ETDİ
Aprelin 22-də Rusiyanın Sankt-Peterburq şəhərində itkin düşən həmyerlimiz Gülnarə Vəliyevanın həyat yoldaşı saxlanılıb.

Bu barədəLent.az-a onun atası Şücaət Vəliyev məlumat verib

Şücaət Vəliyevin sözlərinə görə, Peterburq polisi onlara əlavə heç bir məlumat verməyib, yalnız onu bilirlər ki, qətlə görə kürəkəni saxlanılıb: “Bizə deyirlər, narahat olmayın, məsələni həll etməyə çalışırıq. Bir neçə gün bundan qabaq yeznəni tutublar. O, qızımı öldürməkdə şübhəli bilinib. Yalnız bizə verilən məlumata görə, o, cinayəti boynuna götürmür. Qızımdan hələ bir xəbər yoxdur. Ölübsə, meyiti hanı?”

*****

Xatırladaq ki, Lent.az Rusiyanın "Life" saytına istinadən xəbər verir ki, Samir Həbibov saxlanıldıqdan sonra Gülnarə Vəliyevanı öldürdüyünü etira edib, meyiti Peterburqun Petrodoveretsk rayonu yaxınlığındakı meşədən tapılıb. , gənc qadının meyiti meşəlik ərazidən tapılıb. Bu barədə onun həyat yoldaşı Samir Həbibov istintaqa verdiyi ilkin ifadə zamanı bildirib. Samir onu da qeyd edib ki, Gülnarə Vəliyevanı ehtiyatsızlıqdan öldürüb. Hazırda meyit ekspertizaya aparılıb. Məhz bundan sonra ölümün səbəbi bəlli olacaq.

Xatırladaq ki, Gülnar və Samir Həbibovlar 15 aprel tarixində ailə həyatı qurublar. Bir həftə sonra Gülnarın itkin düşməsi ilə bağlı polisə ilk olaraq həyat yoldaşı müraciət edib. O, qadının Tibb Universitetinə dərsə getmək üçün evdən çıxdığını bildirib və telefonunun söndürüldüyünü bildirib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.