Qaradağ icrada Prezident İlham Əliyev belə ələ salındı ŞOK AUDİO

27-05-2016, 09:35   
Qaradağ icrada Prezident İlham Əliyev belə ələ salındı ŞOK AUDİO


Qaradağ icrada Prezident İlham Əliyev belə ələ salındı ŞOK AUDİOVətəndaş Natiq İsmayılov, mülkiyyətindəki torpaq sahəsində tikinti aparmaq üçün Qaradağ RİH-dən 80.000 manat rüşvət istənildiyini iddia edir

Cəbhə bölgəsində vəziyyət qeyri-sabitdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və komandanlığı altında ordumuzda ruh yüksəkliyi müşahidə olunmaqdadır. Bütün nəzərlər cəbhədə olan proseslərə yönəldiyi bir ərəfədə redaksiyamıza məhz Qarabağ Müharibəsi iştirakçısı, 2-ci qrup əlil İsmayılov Natiq İsmayıl oğlu video müraciətini təqdim etdi. (Reportyor.tv)Qarabağ Qazisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Hüuqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən 0190168 № li Çıxarışı ilə də rəsmiləşdirilən fərdi yaşayış sahəsi üçün mülkiyyətində olan torpaq sahəsində ev tikmək üçün Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etmiş, əvvəl İH başçısının müavini Elnur Qurbanov onlardan 100.000 manat rüşvət istəsə də, sonradan icra hakimiyyətinin özünü polkovnik rütbəli zabit kimi təqdim edən Hüquq Şöbəsinin müdiri Rasim müəllim 80.000 manatla razılaşıbdır. Ən acınacaqlı hal isə, şikayətçinin “bəs Cənab Prezident çıxışları zamanı sahibkarlara və vətəndaşlara şərait yaradılsın deyir” sualına İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri Prezidentin çağırışına rişxəndlə cavab verməklə bunları söyləyib: “Prezident çox söz deyir, prezident deyir ki, guya Qaradağ rayonunda 600 yeni iş yerləri açılıb. Ancaq 168 manata hansı “qurumsaq” işləyər? (Reportyor.tv) Prezident sahibkarlara kredit ayrılmasını tapşırır, 100.000 manat verilən kreditdən deyirlər ki, 50.000 manatını qoy burda get. Məsələn siz tikinti tikmək üçün istədiyimiz 80.000 manatı verməsəniz, bizə tikinti ilə bağlı müraciət edəsi olsanız, biz də rəsmi olaraq cavab verəcəyik ki, mümkün deyil, icazə verilmir. Siz də axırda məcbur qalıb dediyimiz məbləği verməklə, tikəcəksiniz. Bəlkə də siz həmin məbləğlə başqa yerdə 4 obyekt ala bilərsiniz, amma burada qiymət belədir. Mən icra başçısının pul mövzusunda ən etibar etdiyi adamam. Bu işə əvvəllər İH-da çoxları baxıb, amma hamısı da başçıya “atıblar”deyə mənə həvalə olunub. Məsələn, mən aldığım 50.000 puldan mənə icra başçısı 1000 manat pul verə ya verməyə” və s. bu kimi sözləri ilə paytaxtımızın olduqca strateji və sənaye baxımından böyük əhəmiyyətə malik olan bir rayonunun vəzifəli şəxsi tərəfindən səslənən bu fikirlər son dərəcə hər bir vətəndaşımız tərəfindən üzücü olaraq qəbul olunacağına ümidvarıq. (Reportyor.tv) Çünki Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun adından Vətənimizin azadlığı və suverinliyi uğrunda yarımcan olmuş bir vətəndaşımızdan ev tikməsi üçün rüşvət tələb edən şəxs səlahiyyət sahibidir və o, hətta rüşvət istəməsi bir kənara, ömrünü xalqımıza və milli dövlətçiliyimizə fəda etmiş bir rəhbərin-Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ünvanına ibarəli sözlər deməsi tərəfimizdən hiddət və nifrətlə qarşılanır. İnanırıq ki, həm ölkə rəhbərliyi, həm də hüquq-mühafizə orqanlarımız məsələ ilə əlaqədar olaraq ciddi tədbirlər görməklə, nəticəsi barədə redaksiyamız da məlumatlandırılacaqdır
[media=https://www.youtube.com/watch?v=VwQhqN7jy2Q]
P.S. Bir məqamı da diqqətinizə çatdırmaq istəyirik ki, vətəndaş Natiq İsmayılov İH-nin hüquq şöbəsinin Rasim adlı müdiri ilə olan söhbəti zamanı otağa daxil olmuş digər bir şəxs tərəfindən həvəskar çəkiliş aparılmaqla, həmin görüntüləri ona veribdir. Hazırda həmin görüntülərin efirə yararlılığı baxımından montaj işləri aparıldığı üçün yaxın günlərdə video roliki diqqətinizə çatdıracağıq. Rasim müəllimə məxsus yuxarıda verilən foto şəkil də həmin video görüntüdən çıxarılıbdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.