Bakıda,Xəstə özünü xəstəxananın 5-ci mərtəbədən atdı

2-06-2016, 11:20   
Bakıda,Xəstə özünü xəstəxananın 5-ci mərtəbədən atdı

Bakıdakı xəstəxanalardan birində intihar hadisəsi baş verib. Dünən saat 18 radələrində Respublika Nevrocərrahiyyə Xəstəxanasında Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Əsgərov Qoşqar İsrail oğlu özünü müalicə olunduğu korpusun 5-ci mərtəbəsindən atıb. Ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 46 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, Q.Əsgərov mayın 26-da Respublika Nevrocərrayihhə Xəstəxanasına yerləşdirilib və ona kəllə-beyin travması diaqnozu qoyulub.

Q.Əsgərovun hansı səbəbdən intihar etdiyi hələlik dəqiq bilinmir.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.