“Qətllə bağlı həbs olunan yoxdur, istintaq aparılır”

2-06-2016, 16:57   

Dünən gecə saatlarında Gədəbəy rayonunun Söyüdlü kəndində qətl hadisəsi baş verib. Ahıl yaşlı ər-arvadın – Səyyad Ələsgərov və Bəsti Alıyevanın üzərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları mənzildə aşkarlanıb.

Gədəbəy rayon prokurorluğundan virtualaz.org saytına bildirilib ki, hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir, mərhumların qətlinin səbəbi və qatilin kimliyi araşdırılır. Gədəbəy rayon prokurorunun köməkçisi Anar Nağıyev isə cinayət işi ilə bağlı hələlik saxlanılan olmadığını, əlavə məlumat vermək istəmədiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Kənd sakinlərinin dediklərinə görə, 16 yaşlı nəvələri qocalarla eyni evdə yaşayıb.

İlkin məlumatlara görə, yeniyetmə şübhəli şəxs qismində saxlanılaraq dindirilib.

İnarə Rafiqqızı

Virtualaz.org

* * *11:28

Gədəbəy rayonunda qətl törədilib.

Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. Kənd sakinləri - 1942-ci il təvəllüdlü Səyyad Ələsgərov və həyat yoldaşı, 1928-ci il təvəllüdlü Bəsti Alıyevanın üzərilərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.