Bir həftənin gəlinini əri niyə öldürdü? - SƏBƏB

2-06-2016, 17:40   


Sankt-Peterburqda 7 günlük gəlini qətlə yetirən Samir Vəliyev peşəkarcasına istintaqdan boyun qaçıra bilib.

O, özünü çox ehtiyatlı aparıb. "Şübhəli şəxs cinayətin izlərini gizlətmək üçün detallı plan qurub. O, müşahidə kameralarının olduğu yerlərdən tutmuş, həyat yoldaşının hansı paltar geyindiyini, qohumlarına nə deyəcəyinə qədər hər şeyi əvvəlcədən bilib. O, o qədər özündə əmin olub ki, Gülnarənin itkin düşməsi haqda özü polisə məlumat verib", - deyə Kirov rayonu üzrə İstintaq şöbəsinin rəis müavini Aleksandr Nesvit deyib.

Samirin sözlərinə o, Gülnarı təsadüfən ailə münaqişəsi zamanı öldürüb. Mübahisəyə səbəb ərin telefonunun cərəyanının tükənməsi olub. Gülnar telefonu "zaryadkaya" qoyduğunu desə də, ehtimal edilir ki, o, bunu etməyi unudub.

"O, elə düşünüb ki, onu hər zaman aldadıblar. Özünün sözlərinə görə, əgər mənə belə xırda məsələlərdə yalan danışırlarsa, deməli, hər zaman yalan deyirlər", - deyə Aleksandr Nesvit əlavə edib. O, həmçinin qeyd edib ki, Samir özündən 10 yaş kiçik Gülnarı qısqanırdı və hər şeyə görə hesabat verməyi tələb edirdi.

Samir qətli törədəndən sonra cinayət izlərinin itirilməsi haqda düşünməyə başlayıb. Kişi qızın meyitini torbaya qoyub öz böyük qardaşına zəng edib. Onlar bağa gedəcəkləri haqda sözləşiblər. O qardaşından tikinti tullantılarının olduğu paketləri maşına yığmağı xahiş edib, həmin paketlərdən birində Gülnarın meyiti olub. Qardaşı Samirdən Gülnarın harada olması haqda soruşanda o, cavab verib ki, həyat yoldaşı yatır.

"Qeyd etmək lazımdır ki, Samir öz telefonunu qəsdən evdə qoyub ki, onun yerini müəyyən etmək olmasın", - deyə Aleksandr Nesvit qeyd edib

Bağa gələn kişi arvadının meyitini bataqlığa aparıb və üstünü torpaqla örtüb ki, bir müddət sonra ora qayıdıb yenidən meyiti gizlədə bilsin.

Nesvitin sözlərinə görə, cinayətkar özünü o qədər təbii aparıb ki, qohumlar nəyin baş verdiyini anlamayıblar. "Onun qardaşı dindirmələr zamanı ağlayırdı" - Aleksandr Nesvit belə deyib.

Qohumlar cavan gəlinin harada olduğu haqda soruşanda isə əri onun qadın məsləhətxanasına getdiyini və Gülnarın hansı paltarda olduğunu unutduğunu bildirib. Bundan sonra o, gənc qızın geyinə biləcəyi bir dəst geyimini gizlədib ki, heç kəs yalanın üstünü açmasın.

Sonra o, bağa gedib və meyiti yenidən gizlədib. Samir, həmçinin anlayırdı ki, nəqliyyat vasitələrində və taksidə getsə, bu, sonradan ona problem yarada bilər. Ona görə ər velosipeddən istifadə etməyə qərar verib. O xanımının meyitini iri çantaya qoyub və bel götürüb yaxınlıqdakı meşə zolağına yollanıb. Samir velosiped idmanı ilə məşğul olduğundan bir neçə metri velosipeddə asanlıqla qət edə bilib.

"Qız arıq olub və ona görə də onu çantada aparmaq elə də çətin olmayıb. Beləcə, o, 18 km məsafəni keçərək Ropşinski şossesinə çatıb" - deyə istintaqa yaxın mənbə bildirib.

Meşədə Samir bir metr dərinliyi olan çuxur qazıb. Qəbri gizlətmək üçün o, torpağın üstünə yarpaq və qamış töküb.

İstintaq qrupu qızın qəbrini tapmaq üçün xeyli vaxt sərf edib. Cəsəd tapılandan sonra isə 35 yaşlı kişi ağlayıb. Lakin şahidlərin sözlərinə görə, bu, süni görsənib.

Sankt-Peterburq üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi cinayət işinin araşdırmasını davam edir, yaxın zamanda ekspertizanın nəticələrinin açıqlanacağı gözlənilir.

Samir Vəliyev əvvəllər də insan oğurluğuna görə, məhkum olunub və həbsxanada cəza çəkib. İstintaqın fikirincə, məhz həbsdə o cinayət izlərinin itirilməsinə dair biliklər əldə edib.ans press
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.