Mikayıl Cabbarovun müsahibəsi onu hədəfə gətirib

3-06-2016, 09:11   
Mikayıl Cabbarovun müsahibəsi onu hədəfə gətirib
Təhsil sahəsinə nəzarət uğrunda mübarizə yenidən qızışıb

Təhsil naziri Mikayıl Cabbarovun bir müddət əvvəl verdiyi müsahibə onu hədəfə gətirib. Söhbət təhsil nazirinin rusiyalı blogger Vyaçeslav Sapunova verdiyi müsahibədən gedir. Mikayıl Cabbarov həmin müsahibədə Sapunovun “Təhsildə islahatların gedişinə mane olan kimdir və ya nədir?” sualına cavabında deyib: “Təhsilin sovet modelinin doğruluğunu müdafiə edən ayrı-ayrı insanların inadkarlığı mane olur. Onlar yalnız bu modellə tanışdırlar və ona görə məhz onu ən yaxşı hesab edirlər”.

Redaksiyamıza daxil olan məlumata görə, Mikayıl Cabbarovun bu cavabı Prezident Administrasiyasında xoş qarşılanmayıb. Qeyd edək ki, uzun müddətdir administrasiya rəhbəri Ramiz Mehdiyev təhsil sahəsini tam nəzarətə götürməyə çalışır. Bəzi iddialara görə, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyində vaxtaşırı ziddiyyətlərin baş qaldırması da bununla əlaqədardır. Misir Mərdanovun dövründə bu savaş açıq müstəvidə gedirdi. Mikayıl Cabbarov təhsil naziri təyin edildikdən sonra bir qədər səngidi. Lakin son vaxtlar TQDK yenə də təhsil nazirinə ciddi zərbə sayılacaq faktlar açıqlayır. Biz bu faktların həqiqiliyini şübhə altına almaq istəmirik. Azərbaycanda bütün sahələr kimi təhsil sahəsi də bərbad vəziyyətdədir. Və bu bütövlükdə mövcud idarəetmə ilə bağlıdır. Azərbaycanda korrupsiya faktiki olaraq idarəçiliyin prioriet işinə çevrilib. Bu halda təbii ki, təhsil, səhiyyə və başqa sahələr bərbad vəziyyətdə olmalıdır.

TQDK-nın açıqlamalarına gəlincə, bu sadəcə daxili ziddiyyətlərin təzahürüdür. Yuxarıda qeyd etdiyimiz kimi Mikayıl Cabbarovun məlum cavabı onun rəqiblərini hərəkətə gətirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.