Bakıda sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində 2 nəfər ölüb.
Paytaxtın Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili ilə “İsuzu” markalı sərnişin avtobusu toqquşub. Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib, məlum olub ki, “Mercedes” markalı avtomobil deformasiyaya uğrayıb və içərisində olan 2 sərnişin aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
/azpolitika.info/