Bu gün Bakıdan Türkiyənin İstanbul şəhərinə uçan sərnişin təyyarəsində problem yaranıb
Daxil olan məlumata görə, təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt gözlənilmədən hərəkət dayandırılıb. Daha sonra bütün sərnişinlər təyyarədən çıxarılıb.
Onlara təyyarədən niyə çıxarılmaları ilə bağlı heç bir açıqlama verilməyib. Sərnişinlər terror təhlükəsindən təşvişə düşüblər.
"AZAL"-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, sərnişinlərdən birinin yaxın qohumu dünyasını dəyişdiyindən həmin şəxs İstanbula getməkdən imtina edib. Bu səbəbdən Bakı-İstanbul reysi bir qədər gecikib:
“Təyyarə uçuşa hazırlaşan zaman sərnişinlərdən biri getməkdən imtina edib. Qaydalara uyğun olaraq həmin sərnişinin yükü geri qaytarılıb. Bununla əlaqədar olaraq sərnişinlər təyyarədən çıxarılıb. Ən qısa zamanda hərəkət bərpa olunub. Heç bir problem qeydə alınmayıb”.(azvision.az)
Politika.Az