Restoran sahibləri ATV-nin aparıcısı və əməkdaşlarını DÖYDÜLƏR - VİDEO

6-06-2016, 01:31   

Hadisə Şamaxıda baş verib. Restoranda verilişin formatına uyğun çəkiliş aparan texniki heyətə hücum olub. Şamaxı şəhərinin Bakı istiqamətindən girişində yerləşən restoranda çəkiliş zamanı ATV-də yayımlanan "Yoxlama" verilişinin əməkdaşları fiziki zorakılığa məruz qalıblar.

myBaku.az xəbər verir ki, restoranın sahibi çəkiliş qrupuna mane olmaq istəyib. Ancaq aparıcı Azər İsmayılov buna qarşı çıxanda gərginlik daha da artıb.

Restoran sahibi və yanındakılar çəkiliş qrupuna fiziki hücum ediblər. Onlar "Yoxlama"çıları zorla restorandan çıxarmağa çalışıblar. Bu zaman söyüş və təhqir edici ifadələr də eşidilib. Nəticədə verilişin rejissoru Elgün Bayramlı xəsarət alıb.

Mübahisə isə çəkiliş qrupunun avtomobilinin yaxınında davm edib. Hadisə ilə bağlı polisə müraciət edilib. Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları faktı araşdırır.

Həmin anların görüntülərini təqdim edirik:[media=https://www.youtube.com/watch?v=3nu82LDIMgY]


[media=https://www.youtube.com/watch?v=WJhVmXOJcqo]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.