Ziya Məmmədovla Əliyev arasında 90 dəqiqəlik görüşdən sonra nazirin yaxın çevrəsi yenidən fəallaşıb

6-06-2016, 09:33   


Ziya Məmmədovun yaxın ətrafı sevinir

Nəqliyyat naziri Ziya Məmmədovun yaxın ətrafının fəallaşıdığı barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, Ziya Məmmədovla ölkə başçısı İlham Əliyev arasında 90 dəqiqəlik görüşdən sonra nazirin yaxın çevrəsi yenidən fəallaşıb.

Dünən redaksiyamıza daxil olan məlumata görə, Ziya Məmmədovun yaxın ətrafı daha bir sevinc yaşayıb. Məlumatda bildirilir ki, ölkəmizə səfər edən Türkiyənin baş naziri Binəli Yıldırımın Azərbaycan hökumətinin üzvlərilə görüşündə Ziya Məmmədova xüsusi münasibət bəsləməsi nazirin yaxın ətrafını sevindirib. “Ziya Məmmədov bu yaxınlara qədər rəsmi tədbirlərə dəvət olunmurdu. Hətta onun keçirdiyi sərgiyə belə bəzi məmurlar getmədi. Lakin son günlər bunların əksi baş verir. Bu da Ziya Məmmədovun yaxın ətrafında nazirin yenidən hakimiyyətdə əhəmiyyətli fiqura çevrilməsi barədə rəy yaradıb”, – deyə mənbə bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.