Ceyhun və Azər Bayramov qardaşıarı GDU-nun şəxsi mülklərinə çeviriblər

8-06-2016, 09:40   
Ceyhun və Azər Bayramov qardaşıarı GDU-nun şəxsi mülklərinə çeviriblər
Nazir müavininə peşkəş edilmiş universitet: GDU

Ceyhun Bayramov qardaşı Azər Bayramovla birlikdə ali təhsil ocağını şəxsi mülkə çeviriblər

Azərbaycanın təhsil sistemi zaman içində şəxsi podratdan başqa bir şeyə çevirlmir. Son illər isə Mikayıl Cabbarovun «eksperiment»ləri o qədər bərbad şəkil alıb ki, artıq əksər ali təhsil müəssisələri belə ayrı-ayrı məmurların ya qazanc yeri, ya da əlində vasitəyə çevrilib.
Gəncədə fəaliyyət göstərən Dövlət Universiteti (GDU) isə konkret olaraq iki qardaşa verilmiş peşkəş edilib. Bu təhsil ocağında təhsilin durumu, imtahanların hansı şəkildə keçirilməsi barədə danışmaq fikrində deyilir. Məsələ odur ki, təhsil nazirinin müavini Ceyhun Bayramov və Maliyyə Nazirliyində mühüm vəzifələrdən birini tutan qardaşı Azər Bayramov GDU-nun şəxsi mülkə çeviriblər.
Qeyd edək ki, Ceyhun və Azər Bayramovlar hələ uşaq illərindən bir birləriylə rəqabət aparıblar. Atalarına məxsus «Vaz 21011» markalı avtomobili hələ uşaqkən «bölə» bilməyən qardaşlar böyüdükdə yaxşı təhsil alsalar da, tutduqları mövqelərində əvvəlki kasıb günləri unutduracaq çox sui-istifadələrə yol veriblər. Elə bu səbəbdəndir ki, büdcənin formalaşdırılmasını həyata keçirən nəhəng idarənin rəisi olan Azər Bayramov artıq ölkənin ən varlı şəxslərindən birinə çevrilib. Ceyhun Bayramov isə təhsil nazirinin müavini olmağa qədər yüksəlməyə nail olub. Düzdür, onun nazir müavini olmasıyla bağlı çeşidli məlumatlar var. Xüsusən də Mikayıl Cabbarovla münasibətlərinin masa arxasında yarandığına dair iddialar mövcuddur.
Qayıdaq, GDU məsələsinə. JAM.AZ-a verilən məlumata görə, Yadigar Əliyevi rektorluqdan kənarlaşdırmağa nail olan qardaşlar, onun cəmi bircə səhvindən yararlanmışdılar. Belə ki, Yadigar Əliyev Təhsil Nazirliyinə keçirilən yığıncaqda açıq şəkildə nazirə bildirmişdi ki, Yusif Yusifov və adamları onu işləməyə qoymurlar. Üstəlik, həmin şəxsləri rüşvət almaqda və korrupsiyada ittiham etmişdi. Bu söhbət isə nazirin xoşuna gəlməmişdi və onu işdən çıxartdırmışdı.
Qeyd edilir ki, Əliyevin işdən çıxarılması boş qalmış rektor postuna namizədi olan Bayramovları hərəkətə keçirir. Onlar qısa müddətdən sonra öz adamları olan, üstəlik, qardaşı Maliyyə Nazirliyində Azər Bayramovun şəriki olaraq tanınan Cavanşir Yusifovun qardaşı Yusif Yusifovun namizədliyi üzərində dayanırlar. Elə istəkləri də reallaşır və Yusif Yusifov GDU-nun rektoru təyin edilir.
JAM.AZ xəbər verir ki, Mikayıl Cabbarov yaxın dostu olan Ceyhun Bayramova GDU-nu peşkəş edərək, ora ayrılan pullardan tutmuş, tələbələrdən yığılan «nəmərə» qədər hər şeyə nəzarət etmək və hökm vermək səlahiyyətinə malik edib. Bildirilir ki, nazir müavininin icazəsi olmadan universitetdə Yusifov belə qərar çıxarmaq və ya hökm vermək səlahiyyətinə sahib deyil. Hətta o da deyilir ki, Yusif Yusifov bir neçə dəfə «cızıqdan» çıxdığı üçün Bayramov tərəfindən bərk tənbeh olunub.
Bu peşkəşdən Ceyhun Bayramova nə və ya nələr çatdığı hazırda tərəfimizdən araşdırılır. Yalnız bilinən odur ki, GDU-nun təmir pullarına qədər hər şeyə nəzarət edən nazir müavini Yusif Yusifov üçün də pay saxlayıb. Buraya tələbələrdən smester zamanı yığılan pullar daxildir ki, onun də miqdarı elə də kiçik rəqəmlərlə ifadə olunmur.
Mövzu ilə bağlı apardığımız maraqlı araşdırmanı yaxın günlərdə oxuculara təqdim edəcəyik. Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.