ƏLİ İNSANOVA YENİ CİNAYƏT İŞİ AÇILIB? - Sabiq nazirlə bağlı ziddiyyətli xəbərlər- YENİLƏNİB

8-06-2016, 09:43   


“Deyəsən,hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə adı ilə keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni qondarma ittiham irəli sürülür. Məlim olduğu kimi Ə.İnsanovun 12 illik həbs cəzasını tam çəkib qurtarmağına bir neçə ay qalırdı”. Bu fikirləri tanınmış vəkil Namizəd Səfərov özünün facebook səhifəsində yazıb.

Sabiq nazir artıq saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsindən 1 saylı Bakı-İstintaq Təcridxanasına aparılıb. Məlumata görə, Əli İnsanova Cinayət Məcəlləsinin 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) ilə cinayət işi açılıb.

Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub
Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.

Pentensiar-768x362Əli İnsanovla bağlı xəbərə ancaq onun ailəsindən, vəkillərdən aydınlıq gətirə bilərsiniz”. Bu sözləri gununsesi.info-ya Penitensiar Xidmətin adının çəkilməsini istəməyən əməkdaşlarından biri sabiq səhiyyə naziri Əli İnsanova yenidən cinayət işi açılması ilə bağlı xəbərə aydınlıq gətirərkən söyləyib.
Sabiq nazirin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Azər Hacıyev isə gununsesi.info-un sorgusunu cavablandırarkən, bu xəbəri təkizb edb: “Elə məsələ yoxdur. Mənə sonra zəng edin”-deyə telefonun dəstəyini asıb.

Həbsdə olduğu dövrdə Əli İnsanovla eyni cəzaçəkmə müəssisəsində cəza çəkmiş Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu da məlumatı təkzib edib. O, özünün facebook səhifəsində məlumatın doğru olmadığını bildirib.

2SDİnsanovun vəkili Toğrul Babayev Sabiq səhiyyə nazirinə qarşı cinayət işinin açılmasıyla bağlı yayılan xəbərlərə aydınlıq gətirib. AzNews.az-a açıqlama verən vəkil bildirib ki, Ə.İnsanova qarşı ittiham irəli sürülməsiylə bağlı xəbərlər həqiqəti əks etdirmir: “Hazırda 13 saylı cəzaçəkmə müəssisəsinin qaşısındayam. Əli müəllimlə bu dəqiqə görüşüb çıxamışam. Heç bir cinayət işindən, yeni ittihamdan söhbət gedə bilməz”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.