Bakıda qadının üzünə “kislota” atdılar: Kor oldu-“Mənim deyilsə, heç kimin olmayacaq”.

8-06-2016, 10:27   

Bakıda qadının üzünə “kislota” atdılar: Kor oldu-“Mənim deyilsə, heç kimin olmayacaq”.




Bu bahar paytaxtda törədilən cinayətin icraçısı və təşkilatçısı, nəhayət ki saxlanıldı. Dəhşətli hadisə Pirallahı rayonunda baş verib. Gənc qadının – iki uşaq anasının üzünə ”kislota” atıblar. Cinayətin nəticələri çox ağırdır: qadın kor olub.

Savash.org xəbər verir ki, Pirallahı rayon Polis İdarəsindən bildiriblər ki, dünən fakt üzrə iki nəfər, sifarişçi - 1987-ci il təvəllüdlü Hüseynov Tural Cəmşid oğlu və icraçı – 1981-ci il təvəllüdlü Kərimov Vüqar Eldar oğlu saxlanılıb.

Məlumdur ki, cinayət bu ilin mart ayının 11-də törədilib. Cinayətin qurbanı yerli sakin Nuranə Hüseynova olub. İlkin istintaq zamanı müəyyən edilib ki, Vüqar Nuranə Hüseynovaya evinin yanında pilləkənlərlə düşərkən hücum edib.

Cinayətin sifarişçisi isə Nuranənin keçmiş əri olub. Tural dindirmədə həmin gün arvadını evdən bəhanə ilə çıxarıb. O, arvadına zəng edib və deyib ki, tanışının yanında pul qoyub, gedib sadəcə pulu götürmək lazımdır. Hüseynova keçmiş ərinə inanıb, amma pilləkənlərdən düşməyi çatdırmamış Vüqar Kərimov ona hücum edib.

Tural sifarişin yerinə yetirilməsi üçün Vüqara pul vəd edib, amma ödəməyi çatdırmayıb.

“İstintaqın əvvəlindən sifarişçinin keçmiş əri olduğunu ehtimal edirdik. O, qadını izləyirdi. Hətta boşandıqdan sonra belə, qadına öz dəli qısqanclığı ilə rahatlıq vermirdi. Bizim dəlilimiz yox idi, ona görə də həbs uzandı”, - Pirallahı rayon Polis İdarəsindən bildiriblər.

Dindirilmə zamanı Hüseynov etiraf edib ki, o, elə etmək istəyirdi ki, qadına bir kişi belə yaxın gəlməsin. Polislərin sözlərinə görə, o, “Mənim deyilsə, heç kimin olmayacaq” deyib”.

Hətta Nuranəyə hücumdan sonra keçmiş əri onun qayğısına qalmağa çalışıb. Xəstəxanaya gəlirdi və özünü elə göstərirdi ki, cinayətlə heç bir əlaqəsi yoxdur. O, arvadını heç bir halda tərk etməyəcəyini bildirib.

Hüseynovanı əməliyyat ediblər və bir gözü çıxarılıb. İkinci gözü qismən görüb. Qadının vəziyyəti qənaətbəxş deyil. O, xəstəxanada dəfələrlə daha işləmək istəmədiyini deyib. Bununla əlaqədar pasinet ilə psixoloqlar işləyib. Hüseynovanı xəstəxandan çıxarıblar.

Bu gün o, evdədir ona analığı baxır. Hüseynova işləmək və iki azyaşlı uşağını saxlamaq iqtidarında deyil. Plastik əməliyyatlara pulu yoxdur. Polisdə vaxtı ilə Nuranədən anasının imtina etdiyi bildirilib. O, Nuranəni atanda, qızcığazın heç beş yaşı da olmayıb...

Bununla yanaşı, bu qəbildən olan hadisə 2013-cü ildə Bakıda baş verib. Həmini ilin iyul ayının 27-də “Azərbaycan Hava Yolları” QSC-nin stuardessasının üzünə turşu atmışdılar. Xəzər rayon 2-ci Polis Bölməsinin əməliyyatçıları tərəfindən fakt üzrə şübhəli şəxs saxlanılıb. Bu, stuardessanın keçmiş əri, əvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Fərhad Ramiz oğlu Abdulrəhmanov idi.

Zərərçəkən 1972-ci il təvəllüdlü Abdulrəhmanova Əlfiyə Samir qızı hücum nəticəsində hər iki gözü kor olub. Bundan başqa, qadının üzü və boyunu eybəcər hala düşüb. Kişi cinayəti boşandıqdan altı il sonra törədib.

Qadının keçmiş əri stomatoloq işləyirdi, dindirilmə zamanı Əlfiyəni boşanmalarına baxmayaraq, onu qısqandığını etiraf edib. O, da Hüseynov kimi arvadının ya ona, ya da heç kimə qismət olmayacağını bildirib.

Bu fikirlə Abdulrəhmanov bir litrlik şüşə qabda turşu hazırlayıb, və keçmiş arvadını evinə yollanıb. Orada keçmiş həyat yoldaşı ilə görüşərkən, yanında oğlunun olmasına baxmayaraq, turşunu qadının üzünə atıb.

Qeyd edək ki, bu qəbildən olan cinayətlər Əfqanıstanda və Pakistanda çox geniş yayılıb. Orada hətta qız ərə getməkdən imtina edərsə, kişilər, əgər onları kişi adlandırmaq olarsa, belə intiqam ala bilərlər.

Saxlanılan Tural Hüseynov və Vüqar Kərimova qarşı AR CM 126.2.3. maddəsi üzrə (xüsusi amansızlıqla və əzab verərk sağlamlığa bilərəkdən xəsarət yetirmək) cinayət işi açılıb. Bu maddəyə görə, cinayət 6 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Bizim fikrimizcə isə bu cəza Hüseynov və onun kimilər üçün çox yüngül cəzadır. Cəzanı ağırlaşdırmaq lazımdır, belə ki, cinayətin miqyasları genişdir və yalnız qadına toxunmur: indi kor qalmış Hüseynova uşaqlarını tək böyütmək iqtidarında olmayacaq. 11 ildən sonra Hüseynov azad ediləcək, Nuranə isə ömürü boyu əzab çəkəcək...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.