Şahmar İbadov varsa Abidin Fərzəliyevə nə ehtiyac?

9-06-2016, 09:21   


Nərimanov rayonunu Abidin Fərzəliyev, yoxsa Şahmar İbadov idarə edir?
anaxeber.info-a Verilən məlumata görə Nərimanovdakı bütün obyektlərin arxasında ya birbaşa və ya qismən Şahmar İbadov dayanır.
Bu gün Nərimanov rayonunda gedən tikintilər, tikinti üçün verilən icazələr (təbii ki, çox böyük məbləğdə şirinlik hesabına), ümumən Nərimanov rayonunda görülən bütün işlər Nərimanov Rayon İcra hakimiyyətinin 1 – ci müavini Şahmar İbadovun xeyir duası ilə görülür. Şahmar İbadov əslində bu gün rayon ərazisində icra hakimi funksiyasını yerinə yetirir. Hətta bəzi söhbət etdiyimiz adamlar onu rayonun “Boz kardinal”- ı belə adlandırırlar. İcra aparatında məmurlardan özündən asılı bir təbəqə yaradan müavin başçının yerinə keçmək arzusunu dəfələrlə dilə gətirib.
Şahmar İbadov həmdə geniş biznes imkanlarına malikdir. Nərimanov rayonunda “Çanaqqala”, “Pürrəngi” , Nərimanov parkının içində yerləşən obyektlər hamısı onun təsir dairəsindədir və o bu rıçaqlardan çox məharətlə istifadə edir.

anaxeber.info-a Verilən məlumata görə Şahmar İbadov hər yerdə öyünür ki, Abidin Fərzəliyevə güclü təsir rıçaqları var. O hətta yaxın çevrəsində öyünmüşdür ki, nəinki A. Fərzəliyevi hətta Nərimanov rayonunu belə o idarə edir.
Zamanında İmişli rayonuna icra başçısı vəzifəsinə getmək təklifi alan Şahmar İbadov məhz Nərimanov rayonundakı mövqeyinə görə bu təklifdən imtina etdiyini də yaxın ətrafına deyib.
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.