Məktəbli qızın intihar səbəbi: "Ögey atası onu döyürdü..." - FOTO

9-06-2016, 16:22   

Xəbər verdiyimiz kimi, Pirallahı rayonu Gürgən qəsəbə sakini, 14 yaşlı Səbinə Əhmədli yaşadığı evdə özünü asıb.

BiG.AZ xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Gürgan qəsəbəsində yerləşən 235 saylı orta məktəbin direktoru Tahir Süleymanov azvision.az-a bildirib ki, Səbinə Əhmədli məktəbin ən nümunəvi şagirdlərindən biri olub.
“Səbinə nümunəvi şagird idi. Sinif yoldaşları, müəllimələri onu çox istəyirdilər. Bütün qiymətləri “beş” idi. Cəmi iki fəndən dörd almışdı. Çox intizamlı şagird idi. Onun ölüm xəbərini eşidəndə çox təəsüfləndik”.

Direktor 14 yaşlı S.Əhmədlinin hansı səbəbdən canına qıyması haqda məlumata malik olmadığını deyib.

Yaxınlarının bildirdiyinə görə, Səbinənin atası dünyasını dəyişəndən sonra anası Mehriban xanım ikinci dəfə ailə həyatı qurub.

“Səbinə onun birinci həyat yoldaşından olan qızıdır. Mehribanın ikinci ailəsindən 3 qızı var. Səbinə anası ilə birlikdə yaşayırdı. Onların ailəsində tez-tez problemlər olurdu”.
Məktəbli qızın intihar səbəbi: "Ögey atası onu döyürdü..." - FOTO
Qohumlarının sözlərinə görə, 14 yaşlı Səbinə ilə ögəy atasının münasibətləri yaxşı olmayıb: “Səbinə ailədə özünü ögey kimi hiss edirdi. Ögey atası digər uşaqlarla Səbinə arasında ayrıseçkilik edirmiş. Ögey atası bir neçə dəfə Səbinəni döyüb. Səbəbsiz yerə heç kim canına qıymaz”.

Qeyd edək ki, faktla bağlı Pirallahı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.