Vəkil İlyas Əliyev Moskvada özünü bıçaqlayıb, sonra asdı

12-06-2016, 18:20   
Vəkil İlyas Əliyev Moskvada özünü bıçaqlayıb, sonra asdı
Rusiya İstintaq Komitəsinin Moskva İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Yuliya İvanova jurnalistlərə bildirib ki, vəkil İlyas Əliyev əvvəlcə bıçaqla qarın nahiyəsinə zərbə endirib.

Amma bıçaq zərbəsindən ölmədiyini görəndən sonra özünü asıb.

İntihar faktı ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Məlumatda həmçinin bildirilir ki,vəkil İlyas Əliyev Dağıstan əsillidir.

* * *17:03

25 yaşlı vəkil İlyas Əliyevin asılmış meyiti Moskvanın Lefertovo rayonundakı kooperativ qarajda tapılıb.

Virtualaz.org bildirir ki, məlumatı life.ru saytı yayıb.

Məlumatda deyilir ki, onun bədəninə baxış keçirilərkən qarın nahiyəsində yara izi aşkarlanıb. Müstəntiqlər qətl və intihar versiyalarını araşdırırlar.

“Avtomobil triosundan asılmış meyiti görən şahidlər polisə çağırılıb. Onun qarnında dəri kəsikərinin izi olub”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Kriminalistlər isə deyiblər ki, İ.Əliyev canını meyit aşkarlanmamışdan üç saat əvvəl tapşırıbmış.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.