Abdin Fərzəliyev bir məmur kimi itini vətəndaşdan daha üstün tutur- Eyni zamanda prezidentin çıxışlarına əhəmiyyət vermir

13-06-2016, 01:03   
Abdin Fərzəliyev bir məmur kimi itini vətəndaşdan daha üstün tutur- Eyni zamanda prezidentin çıxışlarına əhəmiyyət vermir

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə məmurların harınlığından danışıb, onlara barmaq silkələyib. Ölkədə maliyyə böhranı başlayandan prezidentin bu mövzuda çıxışları daha sərt xarakter alıb. Amma deyəsən, bu xəbərdarlıqlar bəzi məmurlara kar eləmir. Bu sırada xüsusilə Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevin adını çəkmək olar. Onun dəbdəli həyatı barədə mediada dəfələrlə yazılıb. Bu günlərdə isə anaxeber.info-a icra başçısı ilə daha bir ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, ov həvəskarı olan Abdin Fərzəliyev ovda istifadə etdiyi itlərin sayını artıraraq, onların arasına daha bir yeni cins heyvan əlavə edib.
İddialara görə, icra başçısının cins ov iti İngiltərədən gətizdirilib. İtin qiymətinin 20 min manat olduğu bildirilir. Abdin Fərzəliyev bununla kifayətlənməyib. İcra başçısı it üçün İngiltərədən təlimçi də gəztizdirib. Təlimçiyə hər ay fantastik məbləğdə əmək haqqı ödənilir.
Məlumatda o da vurğulanır ki, itin aylıq yemək xərclərinə sərf olunan pul da o qədər də az məbləğ deyil.
Prezidentin yuxarıda qeyd edtdiyimiz çıxışlarının fonunda, maliyyə böhranının hökm sürdüyü və ehtiyac üzündən intiharların artdığı artdığı vaxtda bir icra başçısının itinə bu qədər vəsait xərcləməsi təbii ki, diqqətdən qaçmamalıdır. Bu o deməkdir ki, Abdin Fərzəliyev bir məmur kimi itini vətəndaşdan daha üstün tutur. Eyni zamanda prezidentin çıxışlarına əjəmiyyət vermir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.