Əli İnsanovun ətrafında yaranan ajiotajın pərdəarxası

14-06-2016, 08:33   
Əli İnsanovun ətrafında yaranan ajiotajın pərdəarxası
Hakimiyyətdəki Qərbi Azərbaycan qruplaşmasını sıradan çıxarmaq üçün zəmin hazırlanır?

Son günlər sabiq səhiyyə naziri Əli Insanov ətrafında yaradılan ajiotajın arxasında hakimiyyətdəki qruplaşmalar dayanır. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, məqsəd Əli Insanovun azadlığa buraxılmasını əngəlləmək, eyni zamanda hakimiyyətdəki Qərbi Azərbaycan qruplaşmasını tamamilə sıradan çıxarmaq üçün zəmin hazırlamaqdır.

“Diqqət edirsinizsə Əli Insanovun həbsdən çıxdıqdan sonra qisas alacağı, mübarizə aparacağı və s. barədə məlumatlar yalnız hökumətöynlü mediada yayılır. Bu da təsadüfi deyil. Əli Insanovun həbs müddəti oktyabr ayında bitir. Yəni, onun azadlığa çıxmasına bir neçə ay qalıb. Bu ərəfədə birdən-birə Əli Insanovun adından hakimiyyəti hədələyən açıqlamalar yayılır. Amma Əli Insanovun bunu harada, kimə dediyi bəlli deyil. Sabiq nazir adətən vəkili vasitəsilə mediaya açıqlamalar verir. Bəs niyə bu dəfə belə olmayıb? Cavab sadədir. Əli Insanovun ətrafında bu cür ajiotaj yaratmaqla onun həbsdən çıxmasını əngəlləmək və iqtidardakı Qərbi Azərbaycan klanını tamamilə sıradan çıxarmağa çalışırlar. Bu məsələdə xüsusilə hakimiyyətdəki Naxçıvan qruplaşması fəallıq göstərir. Qərbi Azərbaycan klanı onsuz da Əli Insanovun həbsilə kifayət qədər zəifləyib. Lakin hələ də Naxçıvan qruplaşmasına təhlükə yarada bilər”, – deyə mənbə bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.