anaxeber.info-a daxil olan m'lumata görə bu ilin 11 iyun tarixindəAzərbaycan Respublikasının kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun sədrliyi ilə keçirilən Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Bakı Şəhər Baytarlıq İdarəsinin bazarlarda fəaliyyət göstərən baytarlıq–sanitariya ekspertiza laboratoriyalarının və sahə baytarlıq məntəqələrinin büdcədənkənar pullu xidmətə həsr edilmış Kollegiya iclasında işçilərə qarşı analoqu olmayan yeni “metod” tətbiq edilmişdir.
Öncə mənbə bildirir ki, müzakirə obyekti olan baytarlıq–sanitariya ekspertiza laboratoriyaları (BSEL) mülkiyyət formasından asılı olmayaraq heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti aparılan bütün bazarlarda və digər yerlərdə dövlət baytarlıq nəzarətinin aparılması məqsədilə yaradılaraq təsdiq olunmuş Əsasnaməyə uyğun fəaliyyət göstərməlidir.
Sahə baytarlıq məntəqələri - xidməti ərazisində mal-qaranın müalicə işləri, yoluxucu və yoluxmayan heyvan xəstəliklərinə qarşı mübarizə aparılması istiqamətində fəaliyyət göstərməlidir.
Lakin 11 iyun tarixində Dövlət Baytarlıq Nəzarəti Xidmətində kecirilən iclasda BSEL–ın, sahə baytarlıq məntəqələrinin maddi - texniki bazalarının möhkəmləndirilməsindən, onların baytarlıq normalarına uyğun xidməti otaqlarla təmin edilməsindən, heyvan mənşəli məhsulların və xammalın ekspertizasının aparılmasının keyfiyyətinin yüksəldilməsindən, laboratoriyaların indiyə qədər akkreditasiyadan keçirilməməsindən deyil, yalnız laboratoriya və məntəqələrdə az pul toplanması müzakirə edilmışdir. Çünki, rəhbərliyi bu qurumların inkişafı üçün önəmli olan işlər maraqlandırmır. Onlar üçün ən vacib olan özlərinin maddi təminatları məsələsidir. Belə ki, iclasda hər bir laboratoriya və məntəqə müdirlərindən yalnız bir sual- “NEÇƏ ƏT DÜKANIN VAR, NƏ QƏDƏR GÜNDƏLİK və AYLIQ PUL YIĞIRSAN” soruşulurdu. Haşiyyə: Bakı şəhər Baytralıq İdarəsində
məntəqə müdirləri, laboratoriya müdirləri görüşdükdə onların bir-birinə salam, sonra “neçə ət dükanına baxırsan” sualı adəd şəkilini almışdır.
Yuxarıda göstərdiyimiz kimi, sahə baytarlıq məntəqələri heyvan xəstəliklərinə qarşı mübarizə aparılması istiqamətində fəaliyyət göstərməli, yoluxucu xəstəliklərə qarşı müalicə-profilaktika tədbirləri ilə məşğul olmalıdır. Sahə məntəqələrinin ərazisində fəaliyyət göstərən ət satışı mağaza, köşklərində satılan ətlərin baytarlıq ekspertizasının aparılması və onlardan “xidmət” adı altında pul toplanması tamamilə qanundan kənardır. Mütəxəssislərin verdiyi məlumata əsaslanaraq bilgi veririk ki, qüvvədə olan qanunvericiliyə əsasən mağazlarda, köşklərdə və s. satılan heyvan əti, ancaq kəsim yerlərində (məntəqələrdə) mərkəzləşdirilmiş qaydada kəsilməli, kəsim məntəqəsinin baytar həkimi tərəfindən ekspertizadan keçirilib cəmdəyin üzərinə “baytarlıq baxışı” nişanı vurulduqdan sonra satışa göndərilməlidir. Təəssüflər olsun ki, qanunsuz fəaliyyətinə görə bu gün də cəzasız qalan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyinin qanunsuz, korrubsiya istiqamətli tələbi ilə sahə baytarlıq məntəqələrinin işçiləri (ştatda cəmi 2 nəfər- müdir, baytar feldşeri) elə küçələrdə, yol kənarlarında və dügər müəyyən olunmamış yerlərdə qanı, möhtəviyyatı yollara axıdılan, uşaqların gözü qarşısında, heç bir İslam prinsiplərinə uyğun olmayan qaydada kəsilən və ağaclardan üzüm salxımları kimi asılan heyvanların ətinin üzərinə elə yeridəcə güya “müayinə edilmışdir” nişanı vuraraq qanunsuz işi “qanunlaşdırması” və bunun müqabilində reketliklə hər baş iribuynuzlu heyvan cəmdəyinə 2 man. bir baş qoyun–keciyə 1 man, pul toplamasına məcbur edilir. Daha cox cəmdək olduqda isə digər cəmdəklər mədaxil qəbzlərinə daxil edilmir. Görəsən xidməti ərazisində 60-70 ət mağazası olan baytarlıq məntəqəsi bir gündə burada kəsilən heyvan cəmdəklərini necə müayinədən keçirib, rəy verir? Bəs əhalinin malqarasına xidmət göstərməyə zamanı çatırmı? Mağazalarda cəmdəyin müayinə edilib rəy verilməsi məntəqənin səlahiyyətinə daxil olmadığı üçün məntəqənin sərəncamında müayinə aparılması üçün avadanlıq, cihaz belə yoxdur və olmamalıdır da. Hətta Respublikanın şəhər və rayonlarında baytarlıq idarələrinin sahə məntəqələri hərəsi 8-12 parakəndə baytarlıq xidməti göstərməsi vəzifəsini daşıdığı halda,
gündəlik xidməti ərazilərində baytarlıq xidməti göstərmələri üçün XXII əsrdə belə inzibati binaları (iş otaqları), minikləri belə yoxdur. xidmətlərdən kifayət qədər pul qazanan baytarlıq idarələrinin xüsusi təyinatlı maşınlarına yanacaq belə çatışmır. Ancaq 2013-cü ildə Baytarlıq xidməti məqsədilə baytarlığın büdcə vəsaiti hesabına alınmış 24 minik avtomaşınının 23 -ü isə Nazirliyin tabeliyində olan ərazidə açıq havada çürüməkdədir. Məntəqə müdirləri heyvanların yoluxucu xəstəlilərinin profilaktikası üçün nəzərdə tutulan xüsusi temperatur tejim tələb olan peyvənd vasitələrini, dərman preparatlarını şəxsi evlərində saxlamağa məcburdular. Belə rejimdə saxlanılan preparatın xəstəliklərə qarşı effekti olarmı? Ona görə də tender maxinasiyalarına görə dabağa qarşı vaksinin vaxtında alınmadığı və peyvənd vasitələri şəxsi evlərdə tələb olunan rejimə əməl edilmədən saxlandığı üçün hal-hazırda Saray qəsəbəsində, Ağcabədi, Bərdə, Kürdəmir, Masalli rayonlarında heyvanlar arasında dabaq xəstəliyi baş alıb gedir Verilən məlumatlara əsasən Azər Süleymanovun hər gün qanunla müəyyən edilməmiş yerlərdə (küçələrdə) satılan hevan cəmdəklərini, ət mağazalarını saydıraraq pul yığdırması nəticəsində zoonoz xəstəliklər bruselyoz, vərəm, həmçinin sonsuzluq əmələ gətirən xlamidioz s. xəstəliklər artmaqdadır. . Görəsən bu qanunsuz işlərlə Dövlət Baytarlıq Nəzarəti Xidməti, Kənd Təsərrüfatı Nazirliyi dövlətin onlara həvalə etdiyi vəzifələrini unudaraq kimi aldadır.
Respublikada fəaliyyətdə olan BSEL– bu günə qədər akkreditasiyadan kecirilmədiyindən laboratoriyalar tərəfindən məhsulların eksperizasına dair verilmış rəylərin (sənədin) hüquqi əsası yoxdur. (Xudayət Həsənlinin nəzərinə, Nazirliyin hüquq şöbəsi).
“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 16.9. bəndinə əsasən bazarların müdiriyyəti qanunvericiliyə uyğun olaraq baytarlıq–sanitariya ekspertiza laboratoriyalarına baytarlıq normalarına uyğun xidməti otaqlar verməyə və kommunal xərcləri ödəməyə borcludur. Odur ki, rəhbərlik tərəfindən büdcədən kənar vəsaitin guya laboratoriyalar üçün iş otaqlarının tikilməsinə sərf ediləcəkdir vədində şəffavlıq öz əksini tapmır. Bir sıra laboratoriyalarda 2013-cü ildə 2.5 ml.man. vəsait hesabına alınmış avadanlıq və cihazlar
nəzarətsizlikdən və eləcə də tələb olunan iş şəraiti olmadığı üçün səxsi evlərdə və ya quraşdırılmadan otaqların künclərində istifadəsiz atılmışdır. Yığılan pullar isə baytarlıq idarələrinin inkişafına sərf edilməli olduğu halda məcburi olaraq nazirliyin hesabına köçürülür.
Dövlət Xidmətində baş alıb gedən qanunsuz hərəkətlərin qarşısı alınmadıqca, onun fəsadları günü-gündən özünü daha qabarıq şəkildə göstərir və genişlənir. Həmçinin yeni-yeni qanunsuzluqlara imza atılır. Yəqin ki, bir müddət əvvəl efirlərdə “De, Gəlsin” meyxana yarışının keçirilməsi yaddaşlarımızda qalmışdır. Burada yarış iştirakçıları Buxara papağa qoyulmuş püşkləri çıxarmaq, yəni püşkatmaq yolu ilə qafiyə çıxarırdılar. 11 iyun tarixində eyni ilə meyxana yarışlarında olduğu kimi Dövlət Baytarlıq Nəzarəti Xidmətində kecirilən iclasda BSEL–ın, sahə baytarlıq məntəqələrinin müdirlərinin pul tələbini layiqincə yerinə yetirə bilmədiklərinə görə işəgötürən tərəfindən əmək hüquqları kobud pozularaq vəzifə yerləri püşkatmaq yolu ilə dəyişdirildi. Bundan başqa, iclasda müsəlmanların müqəddəs Ramazan ayında Prezidentimiz cənab İlham Əliyev Azərbaycanda fəaliyyət göstərən müsəlman ölkələrinin səfirlərini, din xadimlərini qəbul edərək Ramazan ayı münasibəti ilə təbrik edir, ancaq Kənd Təsərrüfatı Nazirliyində 6 MİLYONLUQ VİLLASI olmadığı üçün heç bir əsası olmadan, heç bir daxili araşdırılma aparılmadan, izahatları alınmadan 3 qadını - 2 saylı BSEL-in müdiri Mehri Əliyeva, (həmin günü evində xəstə yatırdı), 20 saylı BSEL müdiri Nüşabə Abdullayeva, 6 saylı BSEL-in müdiri Gülnarə Sadıqova isə“oğru”, “rüşvətxor” adlandırılaraq qeyri-iş günü (İclas şənbə gününə təsadüf edir) vəzifələrindən qovulur. Hətta qanunçuluğun tələbləri pozularaq Gülnarə Sadıqovaya iclasda iştirak etməsinə baxmayaraq özünün müdafiəsi üçün izahat veməsinə belə imkan verilmir. Lakin “Yaşıl bazar”, “8km bazarı”nın ekspertiza laboratoriyalarına müdir təyinatı nədənsə püşkatmada çıxmadı. Məqsəd isə aydın idi. Həmin bazarların baytrlıq-sanitariya eksperiza laboratoriyalarını yeni müdir vəzifələrini “auksiona” çıxarmaq və yeni təyinat alacaq şəxslərə satmaq. Mənbə bildirir ki, artıq belə pullu namizədlər bu sahədə təcrübəsi olan laboratoriyalrda təlim keçərək yeni təyinata hazırlanmışlar. Ancaq “Bambit” şirkətində fəaliyyət göstərən
laboratoriya müdiri Əvəz kənd təsərrüfatı nazirinin müavini Seyfəddin müəllim Talıbovun qohumu olduğuna görə püşkatmadan azad edilməklə əvvəlki vəzifəsində saxlanıldı.
Baxın, görün rüşvətin yaratdığı xaliqələrə!
(BİNƏQƏDİ RAYONUNDA ÇƏKİLMİŞ FOTO)
Daima cənab İlham Əliyevin xarici və daxili siyasətini dəstəkləyən, çörəyini halal əməyi ilə qazanan, təhkim olunmuş kəndlərdə payı-piyada əhaliyə baytrlıq xidməti göstərən, yuxarıda göstərilən foto-dəlildə əks olunmuş belə dəbdəbəli evlərdə yaşamağı heç ağlına gətirməyən, lakin öz şəffav əməyi ilə bəşəriyyətin sağlamlığının keşiyində duran, ölkənin ərzaq təhlükəsizliyində mühüm əməyi olan, ömrünü baytarlıq sahəsinə həsr edən, rüşvət nədir xəbəri olmayan, lakin ölkə başçısının rüşvətə ”yox” dediyi zamanda baytarların əməyinin hesabına sərvət toplayıb villalarda yaşayanlardan fərqli olaraq baytarların hətta axşamlar evində ayağını rahat uzadıb “oxəy” deməsinə, rüşvət kreslosunda oturub fotolarda əks olunmuş villalar yapdırmağa imkanı çatmır. Azər Süleymanov kimi “Karusel”in gəlirinin, əvvəllər işlədiyi idarəyə ayrılan təmir və preparatların alverindən qazandığı pullarının hesabına rayon səviyyəsindən uzun müddət nazirlik sistemində idarəçilik prinsiplərinə yiyələnmış mütəxəssislərin başının üstündən vəzifəyə gətirilmirlər.
Əgər vəzifələrin dəyişdirilməsi və təyinat püşkatma yolu ilə həll edilməsini Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi qanunu hesab edirsə onda elə Azər Süleymanovun özü də püşkatmaq yolu ilə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyin olsun. Belə olarsa Püşk atılandan sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Əmək Prosesual Məcəlləyə və s. əmək münasibətlərini tənzimləyən
qanunvericiliyə nə ehtiyac qalır. Belə çıxır ki, bütün işəgötürənlər bu analoqu olmayan “təcrübədən” bəhrənələrək qanunun aliliyinin əksinə olaraq öz tabeliyində olan işçilərini püşkatmaqla yerlərini dəyişəcək və püşkatmaq yolu ilə işə qəbul edəcək. Əcəb qanun pozuntusudur. Bu qanunsuz tədbirə əl atanlar elə bilirlər ki, heç kəsin şikayət etməyə yeri qalmayacaq. Ancaq onlar çox yanılırlar. Azər Süleymanovun senari müəllifi və rejissoru olduğu bu “tamaşa” vasitəsilə Bəşəriyyətin keşiyində duran baytarlq mütəxəssislərin hüquqlarını pozmaq qanun qarşısında məsuliyyət yaratmaqla, 5 min baytarlıq ordusunda Nazirliyə qarşı narazılıqlar yaradırlar. Yəqin ki, bu qanunsuzluq praktikasının ölkəmizdə “yayılmasına” və “həyata keçirilməsinə” yolverilməz! Azər məllimin diqtəsi ilə tora düşmüş, habelə vəzifəli şəxsin bu sahəni tənzimləyən qanunvericiliyə məhəl qoymadan “mənim iş prinsipim belədir, kimin xoşu gəlmirsə qapı açıqdır” təkrar-təkrar deməsi ilə qarşılaşan Bakı Şəhər Baytrlıq İdarəsinin baytarlıq mütəxəssisləri bu qanunsuzluğa etiraz edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etməyə hazırlaşırlar. Oda mütləqdir ki, mütəxəssislər səslərini çatdıra bilsələr cənab İlham Əliyevdən dəstək alacaqlar.Və beləliklə mütəxəssislərin haqlı tələbi təmin edilməklə, meyxana yarışında olduğu kimi püşkatma “Əmək Məcəlləsi”nə norma kimi daxil edilməyəcək.
anaxeber.info