Hamilə qadını zorlayıb, əlini ütü ilə yandırdı - Bakıda dəhşətli olay

16-06-2016, 19:51   
Hamilə qadını zorlayıb, əlini ütü ilə yandırdı - Bakıda dəhşətli olay
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hamilə qadını əzab verməkdə, zorlamaqda, quldurluqda təqsirləndirilən Rüfət Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com lent.az-a istinadən bildirir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə R.Mehdiyev 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçən il Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Həmin vaxt Aliyə Mansurova hamilə olub.

Aparılmış istintaq zamanı cinayət əməli Cinayət Məcəlləsinin 130-cu (Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma) 133.2.2-cü (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verilməklə törədildikdə), 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), 180( quldurluq) maddələrinə tövsif edilmiş və R.Mehdiyevə həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, zərərçəkmiş şəxs vaxtilə Lent.az- a başına gələn dəhşətlərlə bağlı danışıb. Yazı çap olunandan sonra Rüfət Mehdiyev saxlanılıb.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.