Xaçmazda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. Soyğunçular sahibkarı öldürüb, pullarını aparıblar.
Musavat.com-un əldə etdiyi məlumata əsasən, öz evində xüsusi amansızlıqla qətlə yetirilən sahibkar İlqar Məmmədovun mənzilindən külli miqdarda nağd pul aparılıb. Cinayəti törədən şəxs və ya şəxslər ev sahibini öldürdükdən sonra onun topdan və pərakəndə satış həyata keçirdiyi mağazasından 150 min manatdan çox nağd pul oğurlayıblar.
Digər bir məlumata görə, mağazada olan nəzarət kamerasının yaddaş kartı da yoxa çıxıb. İlkin ehtimala görə, həmin kart cinayəti törədən şəxs və ya şəxslər tərəfindən götürülüb.
nın bundan əvvəl də evinə və mağazasına naməlum şəxslər oğurluq məqsədi ilə girməyə cəhd edib. Daha sonra İ.Məmmədov fərdi yaşayış evininin həyətində saxlamaq üçün it alıb. Məlumata görə, iyunun 15-də axşam saatlarında sahibkarın evinə girən soyğunçular iti də öldürüblər.
Rayonda əsasən topdan və parakəndə satışla məşğul olan İlqar Məmmədovun mağazası elə yaşadığı evin həyətində yerləşir. Həmin mağazanın yaxınlığında da nəzarət kameralarının olduğu bildirilir.
Öldürülən iş adamının Xaçmaz şəhərində də bir neçə mağazanın sahibi olduğu məlum olub.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.