Abdin Fərzəliyev Nərimanov rayonunakı maliyyə işlərini müavinindən alaraq Rəşid Ağayevə verib
Nərimanov rayon icra hakimiyyətinin iki əsas idarəedicisi olan icra başçısı Abdin Fərəzliyev və müavini Şahmar İbadovla bağlı anaxeber.info-a ilginc məlumat daxil olub. İnformasiya mənbəmiz bildirir ki, icra başçısı Abdin Fərzəliyevlə müavini Şahmar İbadov arasında ciddi şəkildə soyuqluq, narazılıq yaranıb.Hətta Abdin Fərzəliyev Şahmar İbadova aid olan işlərin əksəriyyətini ondan alaraq özünün komandasının əsas siması olan, Nərimanov icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Rəşid Ağayevə tapşırıb. İcra başçısı ilə müavini arasındakı narazılıqla bağlı anaxeber.info saytını məlumatlandıran mənbə bildirir ki, Şahmar İbadov uzun müddət idiki Nərimanov rayonunda Abdin Fərəzliyevə çatacaq çirkli pulları yığırdı.Təxminən 5-6 ay öncə Abdin Fərəzliyevin obyektlərdən yığdığı haqqlarla bağlı apardığı araşdırmadan sonra məlum olub müavini şahmar İbadov hər ay ona atır. İcra başçısının ümavini hər Abdin Fərzəliyevə nə az nə çox təxminən 70-80 min manat atırmış.Müavinin belə bir hərəkətini həzm edə bilməyən icra başçısı Şahmar İbadovu bir müddət hətta icra hakimiyyətindən qovub. Məlumata görə 3 gün işə gəlməyən Şahmar İbadova Abdin Fərzəliyev sifariş göndərərək işə gəlməsini tələb edib. İnformasiya mənbəmiz qeyd edir ki, hazırda Nərimanov rayonunda icra başçısının bütün maliyyə işlərinə Fərzəliyevin əsas adamı Rəşid Ağayev nəzarət edir. Bu arada Şahmar İbadovla bağlı məlumat verən mənbə onuda qeyd etdi ki, siyahısını tutmasından sonra məlum olub ki, rayon təsərrüfatı şöbəsi müdiri Ağayev Rəşid Ağaqulu oğlu icra başçısının müavini Nərimanov metrosunun yaxınlığındakı bir neçə obyekti gizli satışa çıxardıb.Başçı müavinin İmişli rayonunda özünə böyük kənd təsərrüfatı sahəsi yaratdığı deyilir. Şahmar İbadovun obyektlərinə gəlincə mənbəmiz bildirir ki, metronun yanındakı 4-5 mağaza müavinə aiddir və ay ərzində onlardan aldığı kirayə pulu 25 min manatdır. Korrupsioner başçı müavinin obyektləri ilə bağlı məlumat verən mənbəmiz bildirir ki, Şahmar İbadovun Nərimanov rayonunda 30-dan çox obyekti var. İbadovun bu obyektləri ümumi qiymətinin 20 milyon yaxın olduğu deyilir.