Eldar Mahmudovun ölüm xəbəri niyə yayıldı?

20-06-2016, 08:48   

Hakimiyyət intim videoların yerini müəyyən etməyə çalışır

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölüm xəbəri hələ də gündəmin əsas müzakirə mövzusudur. Qeyd edək ki, xəbər bir neçə gün əvvəl yayılıb. Məlumatda iddia olunur ki, yaxınları həbs edildikdən sonra hər gün qorxu-stress içində yaşayan sabiq nazir içki aludəçisinə çevrilib. Nəticədə onun ürəyi ilə bağlı problemləri yaranıb.

Nəticədə o, ürəktutmasından vəfat edib. Ona ilkin tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb.


Bu xəbər hələ də rəsmi şəkildə təkzib olunmayıb. Baş Prokurorluğun mətbuat xidməti Eldar Sultanov onlarda bu barədə məlumat olmadığını bildirib.

Xəbər təkzib olunmasa da, Eldar Mahmudovun öldüyü barədə xəbər inandırıcı hesab olunmur. Hər halda bu hadisəni gizlətmək mümkün olmazdı. Bəs nədən rəsmi qurumlar susur?

“Azadlıq”a daxil olan məlumata görə, Eldar Mahmudovun ölüm xəbərinin yayılması ilə onun əlində ölkənin tanınmış şəxsləri və məmurlar barədə 2800 ədəd intim videonun olması ilə bağlı məlumat arasında əlaqə var. Yada salaq ki, Eldar Mahmudovun əlində 2800 ədəd videonun olması xəbəri onun qudası Zamirə Hacıyeva (Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı) barədə həbs-qətimkan tədbirinin seçilməsilə bağlı məlumatdan sonra yayıldı. Bu, Eldar Mahmudovun hakimiyyəti hədələməsi kimi qiymətləndirildi. Bundan sonra belə iddialar səsləndirildi ki, hakimiyyət video məsələsindən ciddi narahat olsa da, geri çəkilmək niyyətində deyil. Hətta Eldar Mahmudovun yerində oturtmaq üçün ona qarşı vətənə xəyanət maddəsilə ittiham irəli sürülə biləcəyi iddia olundu. Daha sonra Eldar Mahmudovun səhhətində ciddi problem yarandığı, nəhayət, onun dünyasının dəyişdiyi barədə məlumat yayıldı.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, hakimiyyət bu xəbəri məqsədli şəkildə dövriyyəyə buraxaraq Eldar Mahmudovun “minalarının” yerini müəyyən etmək istəyib. Daha doğrusu, keçmiş MTN şefindəki kompramatların hansı kanalla ictimailəşəcəyini bilməyə çalışıb. Rəsmi qurumların sükut etməsi də bununla əlaqələndirilir.


Oxunub: 1138
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.