Dünən Tovuz rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Rayon Prokurorluğundan verilən məlumata görə, Aşağı Quşçu kənd sakini, 17 yaşlı Gülməmmədova Günay Rafiq qızının qətlə yetirilməsi ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Naməlum şəxs və ya şəxslər G.Gülməmmədovanın boğazını kəsərək onu öldürüb. Gənc qızın meyiti Aşağı Quşçu kəndi yaxınlığında Əsrik çayının üzərindəki körpünün altına atılıb.
Bildirilir ki, 17 yaşlı qız keçən il orta məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini yarımçıq saxlayıb. Onun anası bir müddət əvvəl vəfat etdikdən sonra taksi sürən atası başqa qadınla ailə qurubmuş.
Hazırda hadisənin hansı şəraitdə, kim tərəfindən və nə səbbədən törədilməsi araşdırılır.
Lent.az