23 yaşlı Fatimənin intiharının şok səbəbi

20-06-2016, 23:59   


23 yaşlı Fatimənin intiharının şok səbəbiBakının Sabunçu rayonun 23 yaşlı Fatimə Nəcəfovanın intihar etməsinin bəzi təfərrüatları məlum olub

Mərhumun adının açıqlanmasını istəməyən qonşusunun bildirdiyinə görə, F.Nəcəfova həyat yoldaşının başqa qadınla qeyri-rəsmi nikahda yaşadığını öyrəndikdən sonra günlərlə depressiyada olub:

"Oğlanla qız sevmədən ailə həyatı qurublar. Maştağada belədir, nə qız oğlanı, nə də ki, oğlan qızı görüb, sevib. Ailələr arasında razılaşma ilə evləniblər. Oğlanın "lotusu" (məşuqəsi-red) var idi, evə günlərlə gəlmirdi. Arvadının 23 yaşı var idi, bir yaşlı da uşaqları... Fatimə çox qısqanclıq edirdi. Axır cana doydu, özünü öldürdü. Bir yaşlı balası yetim qaldı. "Lotusu" arvadına yazırdı. Yığıb deyirdi ki, "ərin məni sevir, mənim yanımdadır. "Lotusu" istəyirdi ki, bunları ayırsın. Qızı bezdirdilər, o da özünü öldürdü".

Xatırladaq ki, Maştağa qəsəbəsi A.Ə.Kərimov küçəsində yaşayan 23 yaşlı Fatimə Nəcəfova özünü evin hamam otağında asaraq intihar edib. Gənc qadının meyitini ailə üzvləri aşkarlayıb. Ailə üzvləri də təsdiq edib ki, hadisə qısqanclıq zəminində olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.