Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin korrupsiya bulaşmış fəaliyyətindən bəhs edən yazılar demək olar ki, sosial şəbəklərdən gündəmdən düşmürki düşmür.anaxeber.info xəbər verir ki, yeni-yeni neqativ faktlar bu dövlət qurumundan əskik olmur. Belə ki, Russiya və Ukraynadan heyvan mənşəli məhsullarına ölkəmizə idxal icazəsini vermək üçün Azərbaycanın baytarlıq mütəxəssisləri adıçəkilən ölkələrə gözdənpərdə asmaq üçün monitorinqə göndərilir. Sonra isə həmin ölkələrin iş adamları Azərbaycana gələrək şəxsən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanova məhsullarının Azərbaycana ixrac edilməsinə razılıq verməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin ağası üçün, Azər müəllimə isə özünə ayrıca rüşvət veririb gedirlər. anaxeber.info-a verilən məlumata görə Azər müəllim aldığı rüşvət payını Heydər Əsədova göstərmir gizlədir, yoxsa Azər bəyin “dərisi soyular”. Rəhbərlərdəki “Fərasətə” bax
Bütün bunlar az kimi, Dövlət Baytarlıq Nəzarəti Xidmətinə büdcədən ayrlıan vəasitin, həmçinin digər yollarla büdcədənkənar vəsaitin dağıdılması üçün asan yollara əl atıldı. Belə ki, mənbənin verdiyi məlumata görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna tabe olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Binəqədi rayonunda inzibati binası 2008–ci ildə inşa edilməsinə baxmayaraq 2013-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi dəyişən andan normal vəziyyətdə olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin inzibati binası yeni təyinat almış cənab nazirin gözünə pis göründü. 2014-cü ilin yanvar ayında Dövlət Xidmətinin inzibati binasının təmirə ehtiyacı olmadığı halda Kənd Təsərrüfatı Nazirliyindən komanda verildi ki, binadakı bütün otaqlar boşaldılsın, təmir başlayır. Hara köçməli? Təmir gedə-gedə necə işləməli? Bu isə rəhbərliyi maraqlandırmadı. Şəxsi maraqlar üstünlük təşkil etdi. Yeni vurulmuş suvaq örtükləri, döşəmələr və s.. gözümüzün qarşısında insafcasına dağıdılıb söküldü. Yerinə eyni suvaq, eyni döşəmə vuruldu. Beləliklə, Dövlət Baytarlıq Nəzarəti Xidmətində 2 aya başa çatması nəzərdə tutulan təmir 2 il çəkməklə Dövlət Xidmətinin iş fəaliyyətini iflic etdi. Təxminən 7 mln-dan cox dövlət vəsaiti lüzumsuz aparılan tikinti işlərinə görə əlcək kimi bir-birinin ardınca dəyişən təşkilatlara “köçürüldü”? 2008-ci ildə təhvil-təslimi aparılmış əvvəlki inzibati binaya sərf olunmuş dövlət vəsaiti isə heçə getdi.
Cənab Heydər Əsədov kənd təsərrüfatı üzrə mütəxəssis olmasa da yaxşı iqtisadçı (maliyyəçi) olmaqla iqtisadi çətinliklər zamanında 7 mln-dan cox dövlət vəsaitinin cari təmiriə belə ehtiyac olmayan binaların üzərinə dekorativ örtük daşlarının vurulmasına sərf etməsinə imza atması təəccüb doğur...?. Görünür, bu tikinti işlərinə dair hesablamalarda möhtərəm nazirin maliyyəçi olması onun “karına” gəldi.
Həmçinin təmirlə bağlı milyonlarla qiyməti olan laboratoriya avadanlıqların yerindən sökdürüb 2 il tozun altında qeyri- münasib yerdə saxlanmasına göstəriş verildi. Görəsən, baytarlıq orqanlarının fəaliyyətində bu təmirdən sonra hansı keyfiyyət dəyişirikliyi baş verdi. Yalnız Azər müəllimin kabineti böyüdü və qapısına vurduğu lövhənin üzərindəki “RƏİS” yazısı nazirin qapısında yazılan “nazir” sözündən də iri oldu. Ancaq binaların vizual dəyişməsi orada oturan rəbərin ozünün və fəaliyyətin keyfiyyətcə dəyişməsi demək deyil!
Bundan başqa, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tabeliyində olan Respublika Baytarlıq Laboratoriyası Azərbaycan Hökuməti və ABŞ Müdafiə Departamenti arasında bağlanmış Təhlükənin Azaldılması Proqramı (DETRA) çərçivəsində Beynəlxalq Standartların 17025 Tələblərinə cavab verən, Bio Təhlükəsizlik Səviyyəsi (BSL) 2 istiqamətində yenidənqurma işləri aparılaraq 2014-cü ildə Azərbaycan tərəfinə təhvil verilmişdir. Ancaq Kənd Təsərrüfatı Nazirliyi rəhbərliyinin bu sahədə həyata keçirdiyi düzgün olmayan siyasəti və şəxsi maraqlara xidmət edən və bununla məsuliyyət yaradan hərəkətləri nəticəsində təhvil-təslimdən 2 ay sonra yenidənqurulmuş laboratoriya tamamilə söküldü. Bütün elektron avadanlıqlar, aparat və cihazlar, qeyri-münasib anbarlarda tozun altında saxlanıldı. Dəyəri yüz minlərlə ölçülən diaqnostikumlar vaxtından əvvəl keyfiyyətini itirərək atıldı. 2 ildən çox Respublikada diaqnostika işlərinin səviyyəsi sıfra endi. Əvəzində beynəlxalq tələblərə cavab verməyən, BSL 2 səviyyəsi pozulmuş, beynəlxalq akkreditasiyaya təqdim edilməsi mümkün olmayan “laboratoriya” quraşdırıldı. Bu isə baytarlıq sahəsində fəaliyyətdə olan Beynəlxalq Təşkilatlar tərəfindən düzgün olmayan addım kimi qiymətləndirildi. Bununla dövlətə külli miqdar zərər vuruldu.
Vacib olmayan sahəyə “üfürülmüş” 7 mln. vəsait daha vacib sahələrə- baytarlıqda istehsal sahələrinə, baytarlıq işçilərinin maddi-rifahının yaxşılaşdırılmasına, Elmi-Tədqiqat Baytarlıq İnstitunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, vaxtı ilə orada işləmiş, baytarlığın dünya səviyyəsində tanınmasında əməyi olan körkəmli akademik, professorların elmi məqallələrin külliyyatının dərslik şəkilində çap edilməsinə, hal-hazırda orada çalışan güclü alim potensialının sosial təminatına, baytarlıq kadrlarının ixtisaslarının təkmilləşdirilməsinə, əvvəllər olduğu kimi ölkəmizin peyvənd vasitələrinə olan ehtiyacının ödənilməsinə sərf edilməsi daha səmərəli olardı.
Bu gün rayon, şəhər baytarlıq idarələrinin, onun sahə baytarlıq məntəqələrinin iş otaqları, avtomaşınları, soyuducu, dezinfeksiya, xəstəliklərdən ölmüş heyvanların zərəsizləşdirilməsi üçün qurğuları yoxdur. Lakin bu lüzumsuz təmirə xərclənən vəsaitlə göstərilən çatışmayan ehtiyacları ödəmək olardı. Hətta Dövlət Xidmətinə
daxil olan büdcə vəsaitinin təyinatı üzrə xərclənmədiyi üçün bölgü ilə rayon və şəhərlərin baytarlıq idarələrinə cəmi 6-7 ədəd antibiotik, 10 ədəd kofein və s. verilmişdir ki, buda bir rayonda yalnız bir baş heyvanın müalicəsinə yetər və ya yetməz. Bu gülünc, utanacaq verən bölgü baytarlıq sisteminə təhqirdi.
Cənab Heydər Əsədovun uğursuz “sənəd əsəri“ olan baytarlıq sisteminə özü boyda bədlik və korrupsiya gətirən Azər Süleymanovun Dövlət Xidmətinin rəisi səlahiyyətlərini müvəqqəti icra etməyə başladığı ilk gündən Kənd Təsərrüfatı Nazirliyindəki havadarlarından stimul alaraq baytarlıq sistemində olan böyük kadr potensialını məqsədli şəkildə işdən uzaqlaşdırmağa nail oldu. Ona gorə ki, o bu kadrların intellektual səviyyə ilə ayaqlaşa bilmədi.
Dövlət Xidmətinin keçmiş rəisi Sialə xanımın qızını baytarlıq laboratoriyasında 140 manat maaşı olan işdə cəmi 1 ay işlədikdən sonra anasının rəhbər işdə olduğu üçün işdən çıxarıldı. Lakin Azər Süleymanov şəxsi məqsədlərinə xidmət edəcək şəbəkə yaratmaq üçün cənab Heydər Əsədovun “müxtəlif üsullar”la” razılığını alaraq bu vəzifələrə beynəlxalq tədbirlərdə iştirak edib, müvafiq sertifikatlar almış, bilik və bacarığına görə yeni təyin edilmış adamlardan daha üstün olan və layiq olduğu vəzifəyə keçərək illərlə maaşının artacağını gözləyən mütəxəssislərin başının üstündən dayısı oğlu Elşad Rzayevi Respublika Baytarlıq Laboratoriyasının direktor müavini, tələbə yoldaşı, təqaüdçü, heç bir treninqdən keçməyən Mübariz Nəbiyevi ehtiyac olmadan ştat vahidi alaraq yeni yartdığı şöbəyə müdir təyin etdirdi. Tofiq Atazədəni təyziq altında, şantaj yolu ilə sektor müdiri vəzifəsindən uzaqlaşdıraraq Dövlət Xidmətinin tələbləri səviyyəsində savadı olmayan yaxın adamı Aydın Hüseynovu “Dövlət Qulluğu haqqında” Qanunun tələblərini pozaraq sektot müdiri təyin etdi. Aydın Hüseynov isə iş adamlarını öz otağına çəkib rüşvət yığmaqla məşğuldur. Göz doymadığından hətta Orta Asiya (Kazaxıstan) ixrac edilən atların icazə sənədi üçün bir başına 50 man. rüşvət alır. Ramiz Salmanov da qanunsuzluqlarla barışmağına görə işdən çıxması haqqında ərizəsini aldı. Eldəniz Zeynalov kimi təcrübəli, baytarlıq sahəsində püxtələşmiş mütəxəssisin savadı, bacarığı, səviyyəsi Azər Süleymanovun səviyyəsi ilə bərabər ola bilməzdi. Ona görə də Eldəniz Zeynalov haqqında Kənd Təsərrüfatı Nazirliyi rəhbərliyinə düzgün olmayan, şərəf və ləyaqətini alçaldacaq məlumatlar ötürməklə ştatının ixtisara düşməsinə nail oldu. E. Zeynalovun iddiası əsasında qanun pozuntusu ilə baş tutan ştatın ixtisar ilə bağlı iş məhkəmə baxışındadır.
Ağcabədi Rayon Baytarlıq İdarəsinin sabiq rəisi Savalan Xudiyevin yerinə rəis təyin edilmiş Nazir Cəfərov mal qarasını sataraq əldə etdiyi vəsait hesabına bu vəzifəyə gətirilməsini gizlətmir. (Savalan Xudiyev ədalətsizlik nəticəsində işdən çıxarlmasına dözmədi. Allah rəhmət eləsin!);
Dəmir yolunda Baytarlıq Nəzarəti İdarəsinə rəhbərlik edən, bu sahədə uzun müddət təcrübəsi olan Firdövsi Məmmədov Azər müəllimə aylıq haqq verə bilmədiyindən işdən çıxarılmış və idarəyə bu spesifik sahədən qəti xəbəri olmayan Azər Süleymanovun tələbə yoldaşı Kamran adlı şəxs rəis təyin edilmişdir.
Peşəkar baytarlıq mütəxəssisi Səmədov Fəxrəddin yenədə cənab Azər Süleymanovun “Rüşvət şəbəkəsində” iştirak etmək “bacarığı” olmadığı üçün Apşeron Rayon Baytarlıq İdarəsinin rəisi vəzifəslndən uzaqlaşdırılaraq onun yerinə tələbə yoldaşı Şəmkir rayonunda Baytarlıq idarəsinin rəisi olmuş Tahir gətirildi.
ANAXEBR.az -a dxil olan məlumata görə Azər Süleymanov hazırda Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi, peşəkar baytarlıq mütəxəssisi olan Orucəli Qasımov barədə cənab Heydər Əsədova yalan məlumatlar ötürməklə Orucəli müəllimi vəzifəsindən çıxarılması üçün yollar arıyır. Yəqin ki, bundan əvvəlki kadrların işdən çıxarılmasında olduğu kimi buna da “müvəffəqiyyətlə” nail olacaq. Çünki, kənd təsərrüfatı naziri cənab Heydər Əsədovla amalları birdir.
Necə olur ki, Heftçala Rayon Baytarlıq İdarəsinin rəisi Əbülfət həkim hələ gənc yaşlarında Ümummillider Heydər Əliyevin Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 1-ci katibi olan dövründə Mərkəzi Komitədə təlimatçı, sonralar şəxsən möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə Qubadlı rayonunda İcrayyə Komitəsinin sədri işləməyi bacardı, lakin Azər müəllim vəzifəyə gətirilən kimi, kiçik bir kollektivi olan Heftçala Rayon Baytarlıq İdarəsinin rəisi işləməyi “bacarmadı”;
Balakən Rayon Baytarlıq İdarəsinin rəisi Mahir həkim səbəbsiz işdən azad edildi. Bu vəzifəyə isə qeyri-peşəkar şəxs gətirildi. Azər Süleymanovun peşəkar kadrların kütləvi işdən çıxarılmalarına nail olmasının məqsədi, amalı birdir. Ona çirkin niyyətlərini həyata keçirmək yolunda maneçilik törədən bir “başı papaqlı” durmasın.
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi 11 iyun tarixində eyni ilə meyxana yarışlarında olduğu kimi Dövlət Baytarlıq Nəzarəti Xidmətində kecirilən iclasda işəgötürən tərəfindən əmək hüquqları kobud pozularaq vəzifə yerləri püşkatmaq yolu ilə dəyişdirilən sahə baytarlıq məntəqə müdirləri bu qanunsuzluğa görə cənab Prezidentə müraciət edəcəklərini bildikdə geri çəkilərək indi isə onlardan yerlərinin dəyişməsi haqqında “könüllü” ərizə yazmaqlarını tələb edir. Kənd Təsərrüfatı Nazirliyində, Dövlət Baytarlıq Nəzarəti Xidmətində bu qanunsuzluqlar görəsən nə vaxtacan davam edəcək?
Dövlət qurumunda tender maxinasiyalarından sərvətlər toplanmaqdadır. Belə ki, 2015-ci ilin sentyabr-oktyabr aylarında Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçirilən tenderdə başında erməni duran “MEQAVET” 30 faiz “atkat”a görə qalib
elan edildi. 2,5 mln manata “MEQAVET” dən alınmış dabaq xəstəliyi əleyhinə vaksin heyvanlara fevral ayında vurulmuşdur. Bu isə altı ay heyvanları xəstəlikdən qorumalı idi. Lakin vaksin keyfiyyətsiz olduğu üçün immunitet yaratmamış heyvanlar may ayında dabaq xəstəliyinə yoluxmuşdur. Belə ki, Saray qəsəbəsində, Quba, Ağcabədi, Bərdə, Kürdəmir, Masallı və respublikanın digər rayonlarında heyvanlar arasında dabaq xəstəliyi baş alıb gedir. (Qubada 19 iyun ANS kanalında və Bərdədə 25 iyun tarixdə Lider TV-də və 27 –də ATV-də dabaq xəsəliyinin kütləvi hal alması barədə gedən sujetlərdə bu bir daha öz təsdiqini tapır). Sahibkarların sujetdə verdiyi məlumata gərə onlara xəstəliklər nəticəsində külli miqdar maddi zərər dəymişdir.Bu da tender maxinasiyası ilə “MEQAVET” dən alınmış vaksinin keyfiyyətsiz (su) olduğunu göstərir. Lakin Azər Süleymanov da bu tender saxtakarlıqlardan külli miqdar qazanc əldə etmişdir. Görəsən, Azər Süleymanovun dövlətin pulunu “atkat” şəkilində cibinə qoymaga görə etdiyi saxtakarlığa nə vaxt hüquqi qiymət veriləcək. Tenderdən maxinasiya yolu ilə qazancın bir yolu da yararlıq vaxtı ötdüyü üçün dəyərindən ucuz dərman preparatlarının ölkəmizə gətirilməsidir. Belə ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bölgü əsasında bu ilin aprel ayında (Yəni 04 ayda) baytarlıq idarələrinə paylanan aşağıda göstərilən АМОКСИЛАЙФ-LA preparatının yararlq müddəti 2016-cı ilin 06 ayda bitmişdir. Odur ki, Azər Süleymanovdan baytarlıq idarələrinə həmin preparatın təcili silinməsi üçün saxta sənəd tərtib edilməsinə göstəriş verilib.
.
İndi görün, bu dövlət qurumunda “təmir” edib, “tender” keçirib “qazan” dolduran rəhbər işçilər var. Bizdə ölkəmizə dünya bazarında neftin ucuzlaşmasının təsirini azaltmaq üçün kənd təsərrüfatını inkişaf etdirməyə cavabdeh olan vəzifəli şəxslərə ümid edirik.
anaxeber.info