Anadolu Agentliyinin xəbərinə görə, Atatürk Hava Limanında meydana gələn partlayışda 6-sı ağır olmaqla, ümumilikdə 60 yaralı var. Yaralılar partlayışdan sonra 49 təcili yardım və 5 xüsusi qrup vasitəsilə xəstəxanalara köçürülüb.
***
Hadisənin şahid Mine İydinç: “Sanıram 4 nəfər idi, ətrafa atəş açdılar, insanları gözdən keçirməyə başladılar. Biri özünü partlatdı”.
***
Ədalət naziri Bəkir Bozdağ onlarda olan ilkin məlumatlara görə 10 nəfərin öldüyünü, çox sayda yaralının olduğunu açıqlayıb.
***
İstanbulun “Atatürk” beynəlxalq hava limanında ardıcıl iki güclü partlayış baş verib.
Partlayışdan sonra hava limanı ərazisində atəş səsləri eşidilib. Partlayış zamanı ən azı bir nəfərin öldüyü bildirilir.
Məlumata görə, hadisə yerinə çoxsaylı polis və təcili yardım briqadaları cəlb olunub.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılır.
Aeroporta giriş-çıxış məhdudlaşdırılıb.
Hadisənin terror aktı olduğu bildirilir.
[media=http://www.azadliq.info/143814.html]
[media=http://www.azadliq.info/143814.html]
[media=http://www.azadliq.info/143814.html]