Zakir Fərəcovdan general Bəylər Eyyubova xəyanət - TƏFƏRRÜAT

5-07-2016, 09:06   
Zakir Fərəcovdan general Bəylər Eyyubova xəyanət - TƏFƏRRÜAT

Sumqayıtda hər qanun pozuntusunda Bəylər Əyyubovun adı çəkilir

Son günlər, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəc oğlu Fərəcovun qanunsuz əməllərindən, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və onun cinayətkar şəbəkəsi ilə yaxınlıq münasibətlərindən bir sıra saytlarda imzamla yazılar dərc olunub. Həmin yazılardan sonra Zakir Fərəcovu “sevənlər” onu qorumaq eşqinə və həqiqətlərin ifşasının qarşısını almaq məqsədilə yazıları saytlardan çıxarmaq üçün müxtəlif yollara əl atırlar. Hətta bəzi saytları hədələməklə, bəzilərini isə maliyyələşdirməklə istəklərinə qismən çatmağa çalışırlar.

Zakir Fərəcovun milyonçu olduğuna şübhəmiz olmadığı kimi bu məmurun insanları – jurnalistləri hədələməsinə də adi hal kimi yanaşıram. Yaxşı bilirəm ki, Sumqayıt şefi öz qanunsuz əməllərini həyata keçirmək üçün hüququn qadağan etdiyi bütün vasitələrdən istifadə etmək qüdrətinə malikdir. Uzun illər keçmiş MTN rəhbəri Eldar Mahmudovla və MTN-nin işgəncə maşını sayılan Akif Çovdarovla dostluq münasibəti adıçəkilən şəxslərin xarakterinə və qaydalarına yiyələnmək adətini də icra başçısısna nəsib edib. Bundan əlavə keçmişdən gələn adətlər də Fərəcovun hazlırkı mövqeyi və üslublarına sadiqliyinin səbəblərini gizlətmiş deyil.
Əslində Zakir Fərəcov bu gün Azərbaycan qanunları ilə ittiham edilmiş olsaydı əmin olun ki, Cinayət məcəlləsinin bir çox maddələrini bu şəxsə şamil etmək olardı. Lakin bir “sirli” qüvvənin müdafiəsində özünü güclü sayan icra başçısı yazılmış qanunların bir çoxunu pozmaqla insanların hüquqlarına qənim kəsilib. Bu gün Eldar Mahmudov və Akif Çovdarov cütlüyü ilə yaxınlıq edən hər bir məmur ittiham olunur və cəzalarının nə olacağını gözləyir. Lakin, Zakir Fərəcov olanlardan və etdiyi qanunsuzluqlardan qorxmayaraq heç kəsin ala bilmədiyi mükafatları sıralamaqla yenə yoluna davam edir və qanunlara sayğısızlığından, bu dövlətin malını, sahibkarların pulunu mənimsəməkdən çəkinmir. Sumqayıt kimi iri ticarət mərkəzində sahibkarları zor gücü ilə tələblərinə tabe edən icra başçısı qohumlarını da şəhərin “qoçuları” təyin edib. Bu mövzular haqqında ötən yazılarımda geniş bəhs etdiyim üçün yenidən qayıdış etmədən ortaya çıxan bir neçə suala cavab tapmağın zamanı olduğunu düşümnürəm. İlk öncə Zakir Fərəcova kimin himayəlik etdiyini və arxasında hansı güclərin dayandığına cavab tapmağı borc bilərək yaranmış suallara cavab axtardım. Qeyd edim ki, Zakir Fərəcov Abşeron rayonunun icra başçısı işlədiyi illərdə onun yaxın qohumu Güləbirdli Vaqif kimi tanınan Vaqif Cabbarov erməni işğalçılarla işbirliyinə görə həbs olunur.

Azerinews.tv bildirir ki, 2005 – ci ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun, hətta deyəsən DİN-in də adının olduğu qorxulu bir bəyanat verilmişdi. Bəyanatda qeyd olunur ki, Azərbaycanın cəbhə təmas xəttində ermənilərlə işbirliyi quran gizli bir qrup aşkar edilib. Bu hadisə ilə bağlı MTN-in Hərbi Əks Kəşfiyyat İdarəsinin və Hərbi Prokurorluğun yaratdığı birgə qrup istintaq aparırdı. Bəyanatı oxuyanda adamın tükləri biz-biz dururdu. Söhbət Güləbirdli Vaqif kimi tanınan keçmiş hərbçi Vaqif Cabbarov haqqında səsləndirilən cinayət seriyasından gedirdi. Vaxtı ilə Laçındakı Güləbird batalyonunun komandiri olmuş həmin şəxs daha sonra Füzuli rayonunun Böyük Bəhmənli kəndində məskunlaşmışdı. Bəyanatda qeyd edilirdi ki, hələ döyüş əməliyyatları gedən zamanlarda ermənilərlə əlaqə quran V.Cabbarov Azərbaycanın Laçındakı Silahlı Qüvvələri, onların tutduqları mövqelər və digər məsələlər barədə düşmənə məlumat verib. Laçının işğalından sonra da ermənilərlə əlaqələrini kəsməyib, hər gün rayondan 150-200 çörək və ərzaq alaraq ermənilərə verirmiş. Həmçinin onlara Azərbaycan ordusu barədə də məlumatlar ötürürmüş. Bəyanatda bildirildiyinə görə, V.Cabbarovla birlikdə onun oğlanları Cəlal, Aqil, Cabbar Cabbarovlar, V. Cabbarovun kürəkəni Şakir və onun oğlanları Amillə Anar da həbs olunublar. Şakir Beyləqanda “Sedmoy” adlanan ərazidə yerləşən “N” saylı hərbi hissənin maddi-texniki təminat xidmətinin rəisi işləyirmiş. V.Cabbarovun oğlanlarından biri Almaniyada yaşayıb və orada bizneslə məşğul imiş. O da Almaniyada həbs olunaraq Azərbaycana gətirilib. Məlumata görə, V.Cabbarovun həyətindəki ot tayasının altından külli miqdarda silah-sursat tapılıb. Ondan 2700 xırda, 1500 iri buynuzlu mal-qara, 1 ədəd “KamAZ” (qoşqulu), 2 ədəd hərbi maşın – “Ural”, “UAZ”, 1 ədəd “QAZ 53”, 1 ədəd “LADA 07”, 1 ədəd “Niva”, bir ədəd xarici markalı maşınlar, müxtəlif növ silahlar müsadirə olunub. V.Cabbarovun və oğlu Cəlal Cabbarovun Füzulinin Alıxanlı kəndinin yaxınlığında yerləşən qoyunçuluq yataqları, ailənin Bakıdakı maşın təmiri sexləri və avtomobil hissələri satan mağazaları olub. Verilən məlumata görə, V.Cabbarov həbsindən bir ay əvvəl Laçında toyda olub. Hətta o da bildirilir ki, V.Cabbarovun Azərbaycanın işğal olunmuş ərazilərində həşiş və narkotik bitki plantasiyaları da olub.

Bütün bu məlumatlar MTN, DİN və Baş Prokurorluğun birgə bəyanatlarında yazılmışdı. Amma nəticə bilirsiniz, nə oldu? Güləbirdli Vaqif bu işə görə bir il iş aldı və bu söhbət öldü.Hadisəni araşdırarkən maraqlı faktlarla üzləşdik. Aparılan araşdırmalar zamanı məlum oldu ki, Vaqif Cabbarovu Eldar Mahmudovun rəhbərlik etdiyi MTN həbs edib və onu dövlətə qarşı cinayətlərdə ittiham olunmasına baxmayaraq azad edib. Vaqif Cabbarovun azad edilməsi və cinayətlərin ört-basdır olunmasında maraqlı olan qüvvələrin kimliyi və hadisələrin inkşafı bizi yenə bir ada doğru apardı.

MTN tərəfindən həbs olunmuş Güləbirdli Vaqifin Zakir Fərəcovla qohumluq münasibətləri ikincinin məsələyə müdaxiləsini labüd edib. Məhz, Abşeron icra başçısı bu həbsi ört-basdır etmək üçün Eldar Mahmudova rayon ərazisində bir neçə milyonluq hədiyyələr və villalar bəxşiş edib. Bu hədiyyələrdən sonra Zakir Fərəcovun qohumu sərbəst buraxılıb və icra başçısı tərəfindən Xızı rayonunda yerləşən fermada gizlədilib. Hadisələr soyuyandan sonra icra başçısı qohumunu milyonluq fermasına müdir təyin edib. Zakir Fərəcov bununla kifayətlənməyərək dövlətini ermənilərə satmaqda ittiham olunan qohumuna Ceyranbatan qəsəbəsində torpaq sahəsi və yeni avtomobil də hədiyyə edib. Hətta bu yaxında Güləbirdli Vaqifin nəvəsini alan Aqil Nəzərlini Laçın rayonuna icra başçısı təyin etdirib (Aqil Nəzərlinin qaranlıq fəaliyyəti və keçmişində gizlədilən faktları növbəti yazılarımızdsa ictimailəşdirəcəyik. İkram Rafiqoğlu). Vətənə böyük “sevgisindən” irəli gələn bu addımlardan sonra Zakir Fərəcovun öz kimliyinə belə şübhələr çoxalmaqdadır. Kimdir bu şəxs- deyənlər sırasında mən də varam deyib əsl həqiqətlərin nə olduğuna aydınlıq gətirməyə çalışdım.
Araşdırmalar zamanı ortaya çıxan və Zakir Fərəcovun qohumlarının hər qanunsuz əməllərindən sığortalanmaq üçün əzbərlədikləri bir adın sahibinin dövlətə xidmət etmədiyini düşünmək doğru səslənmir. Zaman-zaman ölkə başçısına sadiqliyi ilə seçilən şəxsin adının indi Zakir Fərəcovun qanunsuz əməlləri ilə yanaşı hallanması bizi narahat etməyə bilməz. Sumqayıtın icra başçısının və qohumlarının – “Bizim arxamızda Bəylər Eyyubov dayanır” –deyimini eşitməyən yoxdur. Prezidentin şəxsi mühafizəsinin rəhbərinin sadaladığım faktların yaranmasının əsl səbəbkarı kimi cəmiyyətə sırınmasını həzm etmək ağırdır. Lakin, Zakir Fərəcovun qohumlarının cinayət tərkibli əməllərinin bu günə qədər ört-basdır edilməsi, icra başçısısnın qanunsuz fəaliyyətinə baxmayaraq cəzasız qalması Bəylər Eyyubovun onu qoruduğundan xəbər verir. Bu qoruma Zakir Fərəcova qaunuları tapdalamaq icazəsinin verilməsi anlamına gəlməməlidir. Mən inanmıram ki, Bəylər Eyyubovun tapşırığı ilə Sumqayıtda sahibkarlar, iş adamları icra başçısına aylıq haqq verməyə məcbur edilir və sadə vətəndaşlar hədələrlə üz-üzə qalıblar. Bu sadəcə Zakir Fərəcovun Bəylər Eyyubova və DÖVLƏTİNƏ sayğısızlığından irəli gələn bi faktdır. Həm də icra başçısının ona yaxşılıq edən şəxsə sadə dillə desək xəyanətidir.

Bütün bunları, Sumqayıtın icra başçısının gizli və qanunları aşağılayan fəaliyyətini nəzərə alaraq Bəylər Eyyubova müraciət etmək zorunda qalmışıq. Həmin müraciətdə sadalanan həqiqətlərə ümid edirik ki, Prezidentə sadiq olan General Eyyubov biganə qalmayacaq və Zakir Fərəcov kimi məmurların həyata keçirdikləri özbaşınalıqların önündə adının çəkilməsinə etirazını ifadə edəcəkdir. Bu münasibət Fərəcovların da qanunsuz əmməllərini sığortalamaq istəyini və ya arzusunu gözündə qoymaqla haqlı, narazı insanların hüquqlarının bərpasına xidmət edəcək. Həmin müraciəti növbət yazımda olduğu kimi diqqətinizə çatdıracağam.
Bizi izləyin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.