Əbülfəs Qarayev qarışmır, yoxsa bacarmır?

12-07-2016, 11:09   
Əbülfəs Qarayev qarışmır, yoxsa bacarmır?
“Otellərdə qiymətlərin formalaşmasına dövlət təsir edə bilməz”. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda müsabiqənin qaliblərinin təqdim mərasimində deyib.

Nazir bildirib ki, dövlət otellərdə qiymət siyasətini müəyyənləşdirmir və qiymətlər fərdi sahibkarlar tərəfindən müəyyən olunur: “Dövlət olaraq biz sahibkarları maarifləndirə, onlara treninqlər keçə və qiymətlərin formalaşdırılmasında onlara tövsiyələr verə bilərik”.

Ə.Qarayev əlavə edib ki, Azərbaycanda turizm bazarı inhisarçılığa məruz qalmır: “Hər kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə hər şey çox şəffafdır və ona görə də dövlətin bura müdaxilə etməsi yersizdir. Azərbaycanda turizmin inkişafı prioritet istiqamətlərdən biridir. Həm daxili turizm, həm də xarici turizm inkişaf etdirilməlidir. Daxili turizm ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara getməsin, ölkədən kənara valyuta axını olmasın”.


Əbülfəs Qarayevin fikirlərində müəyyən mənada həqiqət var. Təbii ki, dövlətin hansısa oteldə qiymət siyasətini müəyyənləşdirməsi doğru deyil. Lakin məsələ burasındadır ki, Əbülfəs Qarayev bu fikirlərində səmimi deyil. Yəni, nazir qanununçuluq naminə belə danışmır. Sadəcə otel biznesi Əbülfəs Qarayevdən daha qüdrətli məmurların nəzarətində olduğu üçün nazir özünə problem yaratmaq istəmir. Yoxsa Azərbaycan reallığında dövlətin hətta yumurtanın qiymətinə müdaxilə etdiyinin şahidi olmuşuq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.