Tərtərdə qardaşın doğma bacısının boğazını kəsməsinin bəzi təfərrüatları məlum olub.
Zərərçəkənin qohumları ANS PRESS-ə verdikləri məlumata görə, Cəmilə Alızadə evlidir və onun iki azyaşlı övladı var.
Bildirdilər ki, adı hələlik məlum olmayan şəxs Cəmilənin qardaşı Taleyə zəng edərək bacısının telefonla başqa şəxslərlə yazışdığını bildirib.
Bundan hiddətlənən qardaş bacısının evinə gedərək onun boğazını kəsib. C. Əlizadənin vəziyyəti ağır olduğu üçün onu dindirmək hələlik müm
kün olmayıb.