Yusif Yusifovun GDU-da rüşvət sistemi: qiymətlər və ...

15-07-2016, 12:01   
Yusif Yusifovun GDU-da rüşvət sistemi: qiymətlər və ...

Təhsil ocağında vəzifələrin hansı qiymətə satıldığı üzə çıxıb, rektor əsl bazar yaradıb

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovun yaratdığı korrupsiya şəbəkəsi üzə çıxmağa başlayıb. Artıq iş o həddədir ki, Yusifovun ən yaxın adamları da bunu etiraf etməyə başlayıb. Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyətinin adından Politika.az-ın elektron poçtuna GDU kallektivi adından müraciət daxil olub. Surəti ölkə başçısı İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova ünvanlanmış müraciətdə GDU-da qanunsuzluqlar baş verdiyi iddia olunur. Müraciət müəllifləri bildirir ki, Gəncə Dövlət Universitetində baş verən rüşvət yığımları, rəhbərlik tərəfindən müəllim və tələbələrə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları barədə kütləvi informasiya vasitələrində demək olar ki, hər gün məlumat getməsinə baxmayaraq, GDU-nun rektoru Yusif Yusibov" burda mənəm, Bagdadda kor xəlifə" prinsipini üstün tutub.
GDU kollektivi adından göndərilən müraciətdə bildirilir ki, buraxılış və bəzi kursların yay imtahan sessiyasını yığılmış rüşvətin həcminə görə uğurla başa çatdıran Yusif Yusibov tərəfindən dekanlara ciddi şəkildə tapşırıq verilib, bütün fakültələr üzrə pul əvvəlcədən yığılır.Universitet rəhbərliyi hamının gözündən pərdə asmaq üçün imtahan otaqlarına kameralar quraşdırıblar. Və bununla guya, hər şeyin şəffaf olduğunu nümayiş etdirməyə çalışırlar. «Əslində isə vəziyyət tamam başqadır. Bütün alver dekanlıqda reallaşır. Tələbə haqqını dekanın otağında verib, imtahanlardan keçir. Əks təqdirdə, onun qiymət alması mümkün deyil»

Politika.Az-a ünvanlanan müraciətdə bildirilir ki, " Gəncə Dövlət Universiteti tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub.Pul yığımlarının təşkili və bu prosesə nəzarət əsasən, fakültə dekanlarına həvalə olunmuşdur. Elə növbəti semestr imtahanları və dövlət imtahanları üçün yığım prosesinə başlanma xəbəri də məhz bu şəxslər tərəfindən elan olunmuşdu.Dövlət imtahanı üçün bəri başdan 500 manatdan yığıldı. GDU-nun tələbələri isə yeni tariflər qarşısında qalmışlar. Məhz bu tariflərə görə Gəncə Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının birgə, yəni "topdansatış” qiyməti təxminən 500-600 manat civarında müəyyənləşdirilib.Universitetdə oxudun-oxumadın hamıdan bir nəfər kimi pul yığılır. Tələbələr imtahanda sualların cavablarını düz yazsa da, onlara heç olmasa ”3" də vermirlər. "3"ün qiyməti 70, ”4"ün 80, "5"inki isə 100 manatdır. Pedaqoji təcrübəyə getməmək müqabilində isə 150-200 manat pul yığılır. Hətta pedaqoji təcrübəyə getmək istəyənlər olsa da onlardan 50 manat pul tələb olunur.Təcrübənin hal-hazırda qızğin vaxtıdır, amma yoxlayın, təcrübə olan yerlərdə bir nəfər tələbə tapmaq müşgül işdir”.

Universitetdə özbaşınalıq, rüşvətxorluq, müxtəlif maliyyə maxinasiyaları baş alıb gedir, bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir. Dekanlar(20000 manat), kafedra müdirləri(10000 manat) və müəllimlər(5000-8000 manat), hətta laborantlar(3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar. Gəncə Dövlət Universitetinin tarixində indiki kimi rüşvətxorluq olmayıb, bu da Mikayıl Cabbarovun qoyduğu rektorun və və vaxtilə müsavat, milli-istiqlal partiyalarının üzvü olan prorektorların sayəsində olub. Universitetdə yaşanan problemlərdən biri də rektor Yusif Yusibov tərəfindən israrla həyata keçirilən "qohumbazlıq siyasəti” ilə bağlıdır. Məhz bu siyasətin nəticəsi olaraq universitetin ştat siyahısı "ölü canlarla” xeyli zəngindir” – deyə müraciətdə qeyd olunur.

Davam edən müraciətlərdə dəhşətli məqamlardan bəhs olunur. Politika.Az olaraq onu da bildirək ki, prorektor Yusif Yusifov maliyyə nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusifovun qardaşıdır və maliyyə nazirinin müavini olan Azər Bayramovla həm iş yoldaşı, həm də dostdurlar. Azər Bayramovun qardaşı Ceyhun Bayramov isə təhsil nazirinin 1-ci müavinidir. Demək belə, prorektor Yusif Yusifov sözünü-istəyini qardaşı Cavanşir Yusifova, o da öz növbəsində maliyyə nazirinin müavini olan iş yoldaşı və dostu Azər Bayramova, o da təhsil nazirinin müavini olan qardaşı Ceyhun Bayramova, Ceyhun Bayramov da nazir Mikayıl Cabbarova çatdırırdı. Nəticədə, bu adamların təzyiqi ilə GDU-nun qara günləri yenə başlayıb, universitetdə özbaşınalıq baş alıb gedir.

Vəzifələrə kadrlar bacarığına görə yox, verdiyi rüşvətə görə təyin olunur. Yadigar Əliyevin çıxarılmasında birləşən dəstənin üzvləri vəzifələrə gətirilir, tələbələrdən pul alınması üçün müxtəlif vasitələr tətbiq olunur. Yadigar Əliyevin vaxtında rektora dəstək olan müəllimlər təqib olunur, onların dərs saatları azaldılır. Universitetdə tədris prosesi tamamilə pozulmuşdur. Dərs zamanı tələbələr dərsdən ayrılaraq iməciliklərə, muzeylərə aparılır. Dərs başlayan kimi dekan və dekan müavinləri gəlib tələbələri yoxlayır, bunlar otaqdan çıxmamış tyutorlar , ardınca tədris şöbəsinin işçiləri, onun ardınca monitorinq qrupunun üzvləri auditoriyaya girib mənasız yoxlanış aparırlar,dekanların və kafedra müdirlərinin səlahiyyətləri əlindən alınmışdır. Beləliklə, dərsin yarıdan çox hissəsi yoxlanışlara gedir. Axırıncı elmi şurada yoxlanışa gələn Urfan müəllimlə bizim fakültənin dekanı, professor H.Sadıqov arasında əlbəyaxa dava düşmüşdür. Urfan müəllim uzun illərdir ki, universitetdə adı işdə ola-ola, Bakıda,habelə Rusiyanın müxtəlif şəhərlərində ticarətlə və taksi fəaliyyəti ilə məşgul olurdu. İndi isə rüşvət verib tarix fakültəsinə dekan olmaq istəyir. Belə bir intizamsız, savadsız, illərlə işə gəlməyən şəxsi rektor davamiyyəti və dərsləri yoxlamaq üçün bizim fakültəyə göndərir. Özünün intizamı olmayan bu şəxs tarix fakültəsində əmək intizamının olmamasını elmi şurada dedikdə həmin şəxslər arasında dava düşmüşdür.



Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.