“Şakro Molodoy”un işinə görə Rusiyada iki general həbs edildi

19-07-2016, 14:41   
“Şakro Molodoy”un işinə görə Rusiyada iki general həbs edildi
Rusiya mənbələrinin verdikləri xəbərə əsasən, həbs olunan generallardan biri – Nikandrov Şakronun adamlarından külli miqdarda rüşvət alarkən yaxalanıb.

General “vor zakon”un cinayət işini “yoluna qoymağa” söz veribmiş.

* * *14:24

Rusiya paytaxtının mərkəzində - Arbatda - Moskva şəhəri üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin binasında Federal Təhlükəsizlik Xidməti tərəfindən axtarışlar aparılır.

Virtualaz.org “Moskovski Komsomolets” nəşrinə istinadən xəbər verir ki, xüsusi xidmət orqanlarının həyata keçirdiyi bu əməliyyat çərçivəsində İstintaq Komitəsinin generalı Denis Nikandrov həbs edilib. Life.ru iki generalın həbsi barədə məlumat verib.

Mənbənin bildirdiyinə görə, həyata keçirilən əməliyyat bu yaxınlarda tutulmuş “vor zakon” “Şakro Molodoy”un işi ilə bağlıdır.

“Şakro Molodoy”la həbs edilən generalların hər hansı əlaqədə olub-olmadıqları barədə əlavə məlumat verilmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.