Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Sabirabad kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 35 yaşlı İlqar Əliyev şəxsi münaqişə zəminində qonşusu olan 13 yaşlı Əli Şahin oğlu Məhərrəmovun qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi endirərək uşağa ağır bədən xəsarəti yetirib. Daha sonra İlqar Əliyev bıçaqladığı azyaşlının qardaşı Qismət Məhərrəmovu da bıçaqlamaq istəyib, lakin istəyinə nail ola bilməyib.
Əli Məhərrəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərilib, yaraları tikilib və hazırda vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.