Gəncə Dövlət Universitetinin "nurçu" rektoru?
GDU Azərbaycanın ən qədim təhsil ocaqlarından biri hesab edilsə də, orada nə təhsilin keyfiyyəti qalıb, nə də ki, normal insani münasibətlər" Son vaxtlar ölkə mətbuatında Gəncə Dövlət Universitetində baş verən çoxsaylı qanun pozuntuları və olaylar barədə müxtəlif məlumatlara tez-tez rast gəlinir. Universitetdə baş verənlərlə bağlı olaylardan bəhs edən məktublardan biri də Bolgexeber.com-un elektron poçtuna daxil olmuşdur. Cəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov haqda ilginc məlumatları özündə əks etdirən həmin məktubu olduğu kimi təqdim edirik: “Hörmətli redaksiya, Fətullah Gülən camaatının və camaata bağlı olan "Xidmət" hərəkatının Azərbaycan təhsil sistemində böyük nüfuz dairəsinə sahib olması heç kimə sirr deyil.Bu monopoliya Fətullah Gülən camaatı ilə əlaqəli olduguna görə prezident İlham Əliyev tərəfindən vəzifədən alınan Prezident Adminstrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun, millət vəkili,"İrəli" Gənclər Hərəkatının lideri Ceyhun Osmanlının və Elnur Aslanovun dostlarından biri Gülənçilərlə gizli təmasda olan Təhsil Nazirliyinin hüquq sektorunun müdiri Elmir Həsənovun əlində cəmləşib.Bu günlərdə nurçuların siyahısına daha bir məmur-Elşad İsgəndərov əlavə olundu.Dövlət içində öz hakimiyyətlərini qurmaq istəyən bu qruplar və şəxslər hər yerə öz yaxın adamlarını yerləşdiriblər.Belə ki, Elşad İsgəndərov öz qaynı Ceyhun Bayramovu qısa bir müddət ərzində Təhsil Nazirinin müavini təyin etdirə bilib. Ceyhun Bayramovun yaxından, uzaqdan təhsilin idarə olunması ilə heç vaxt əlaqəsi və bağlılığı olmamışdır. Bu kadr dəyişikliyi dövlətdən təhsilə ayrılmış vəsaitin asan yolla mənimsənilməsi və Nurçuluq şəbəkəsinin yayılması məqsədi daşımışdır(Ceyhun Bayramov Maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır).O,Elşad İsgəndərovun tapşırığı və Mikayıl Cabbarovun xeyir duası ilə ölkə başçısının sərəncamı ilə Gəncə Dövlət Universitetinə rektor təyin olunmuş Yadigar Əliyevi şantaj və böhtanla hədələyərək daha bir nurçuluqla bağlı şəxsin Yusif Yusifovun həmin universitetə rektor vəzifəsinə təyin olunmasına nail olmuşdur. Əslində Yadigar Əliyev təyin olunmamışdan əvvəl Yusif Yusifov rektor vəzifəsinə keçməyə çox cəhd göstərmişdir. Onun korrupsioner və həmin universitetdə rüşvətxorluğun başında durduğunu nəzərə alaraq rektor vəzifəsinə keçməsinin qarşısı alınmışdır. Bildiyiniz kimi Yusif Yusifov Maliyyə Nazirliyində Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun qardaşıdır. Cavanşir Yusifov isə Maliyyə naziri Samir Şərifov və nazir müavini Azər Bayramovun (Elşad İsgəndərovun qaynı) sağ əlidir. Təhsil nazirinin müavini Ceyhun Bayramov maliyyə nazirinin müavini Azər Bayramovun qardaşı olduğundan şəbəkə bu dəfə məqsədlərinə nail ola bilmişdir.Bu şəbəkə Gəncə Dövlət Universitetində korrupsiya və rüşvətxorluğun qarşısının alınması üçün əməlli başlı iş başına keçən Yadigar Əliyevi günbəgün qaralayaraq, işinə kölgə salaraq(bu yerdə xoruzun quyrugu görünür,3 ayı tamam olmamış heç bir əsas olmadan M.Cabbarov tərəfindən axırıncı xəbərdarlıqla şiddətli töhmət verilərək) korrupsioner Cavanşir Yusifovun korrupsiya əməllərində ondan heç də geri qalmayan qardaşı Yusif Yusifovun Mikayıl Cabbarov tərəfindən rektor təyin olunmasına nail olmuşdur. Məlumdur ki, rektor Yusif Yusifov Nurçularla əlaqəsi olan şəxs kimi tanınır. Yusif Yusifov «Cağ» Öyrətim və İşlətmələr Birliyinin Azərbaycan təmsilçiliyinin rəhbəri Ənvər Özərənlə çox yaxın ailəvi dostdur və Bakı şəhərində müştərək obyektlərə sahibdir. Rektor Yusif Yusifovun köməkçisi Elsevər Nağıyev isə Fətullah Gülən tərəfdarları ilə birbaşa əlaqəlidir. Belə ki, Elsevər Nağıyev Türkiyədə Fətullah Gülənə məxsus ali məktəblərdən birində təhsil alır və hazırda Yusif Yusifovla Türkiyədəki nurçular arasında əlaqələndirici rolunu oynayır. Elsevər Nagıyevin ayda 2-3 dəfə Türkiyəyə getdiyi qeyd olunur. GDU Azərbaycanın ən qədim təhsil ocaqlarından biri hesab edilsə də, orada nə təhsilin keyfiyyəti qalıb, nə də ki, normal insani münasibətlər. Bir halda ki,rektorun pul yığanları imtahandan əvvəl tələbəni çağırıb qiymət deyirsə, daha nə olsun..?Bizcə Təhsil naziri Mikayıl Cabbarov müdafiə etdiyi rektorun özbaşınalıqlarına son qoymalıdır. Lakin mənbələr Yusif Yusifovun belə bəsit tədbirlərin təsirinə qətiyyən məruz qalmayacaq bir məmur olduğunu iddia edirlər. Rektor yaxın ətrafının əhatəsində baş verənlərə belə münasibət bildirib: “Məni heç kim çıxarda bilməz, mən vəzifəyə təzə qoyulmuşam, mətbuat da yazsın, hələ nazirə də yazsınlar, Elmar Vəliyevə də yazsınlar.Məni bu vəzifəyə qoyduran qüvvələr məni respublika səviyyəsində dəstəkləyir, hələ görərik nələr olacaq". Rektor tərəfindən universitetdə “üç” qiymətinin dəyəri 40-50, “dörd”ün dəyəri 60-70, “beşin” dəyəri isə 80-100, buraxılış işlərinin dəyəri 500-800 manat həcmində müəyyənləşdirilib.Dərsə gəlməyən tələbələr bir gün üçün 5-10 manat arası pul ödəyirlər, bu pullar isə dekan və tyutorlar tərəfindən yıgılaraq lazımi instansiyaya çatdırılır.Test üsulu ilə keçirilən imtahanlarda isə pullar YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin qayınları, adları qalmaqallı məsələlərdə hallandırılan SOROS təşkilatı ilə əlaqəli Vasif və Asif qardaşları tərəfindən yıgılır.Universitetdə sessiya imtahanları münasibətilə həyata keçirilən rüşvət yığımlarında daha geniş miqyası ilə seçilən fakültə Tarix və coğrafiya fakültəsidir. Bu fakültənin dekanı isə keçmiş H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun sabiq rektoru Həsənbala Sadıqovdur. Həsənbəla müəllimin fakültəsində pul, tələbənin bilik yükünün miqdarından asılı olmayaraq yığılmalıdır və yığımın yekun miqdarı tələb olunan minimum məbləğdən aşağı enə bilməz . Həsənbala müəllim bir vaxtlar iğtişaşlara səbəb olmuş müstəqil “Talış-Muğan Respublikası”nın yaradılması ideyasını verən simalardan biridir. Əlikram Hümmətovun rəhbərlik edəcəyi bu “dövlətin” strukrularını yaradan zaman hökumətdə Təhsil naziri postu da məhz H.Sadıqov üçün nəzərdə tutulmuşdu. AXCP-nin hakimiyyəti dövründə ölkə prezidenti Ə.Elçıbəyin sərəncamı ilə H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun rektoru təyin olunmuş H.Sadıqov, kifayət qədər təsirli nitq qabiliyyətinə malik olmaqla meydan hərəkatının, xüsusilə Heydər Əliyevin hakimiyyətə geri çağırılması ideyalarına qarşı radikal əks mövqeləri təbliğ edən kütləvi mitinqlərin təşkilatçı və aparıcı liderlərindən biri olmuşdur.Həsənbala müəllim uzun müddət Türkiyədə də işləmişdir. Təbii ki, bu kadrın indinin özündə də Gəncə Dövlət Universitetində xüsusi imtiyazlara malik olan vəzifədə işləməsi rektor Yusif Yusifovun siyasi baxışlarına müəyyən qədər aydınlıq gətirmiş olur”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq
menbe anaxeber.info